Rusiya vaksinlərinin ölkəmizdə tətbiqinə icazə verilə bilər - AQTA və "Rosselxoznadzor" arasında növbəti görüş

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndələri arasında növbəti onlayn görüş keçirilib.
Görüş zamanı Rusiyada istehsal olunan vaksin nümunələrinin alınması, bu ölkədən respublikamıza yalnız identifikasiya edilmiş heyvanların idxalı barədə razılaşmanın icrası, vəhşi heyvanların quduzluq xəstəliyinə qarşı peyvəndlənməsi məqsədilə birgə tədbirlərin keçirilməsi mexanizminin müəyyənləşdirilməsi müzakirə olunub. Həmçinin sertifikatların elektron informasiya mübadiləsi və ekvivalentlik məsələsi üzrə danışıqların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Müzakirələrin nəticəsi olaraq, Rusiyada istehsal edilən vaksinlərin ölkəmizdə tətbiqinə icazənin verilməsindən ötrü onların qeydiyyata alınması üçün "Rosselxoznadzor" tərəfindən AQTA-ya müraciət ünvanlanması, bu ölkədən respublikamıza yalnız identifikasiya olunmuş heyvanların gətirilməsi ilə əlaqədar isə Azərbaycanda istifadə edilən birkalara dair standart və tələblər barədə məlumatın “Rosselxoznadzor”a göndərilməsi qərara alınıb.
Həmçinin quduzluq xəstəliyi ilə mübarizə sahəsində Rusiyanın Avropa hissəsində mövcud olan müsbət praktika nəzərə alınaraq, “Rosselxoznadzor” tərəfindən hazırlanan vəhşi heyvanların peyvəndlənməsi üzrə Tədbirlər Planı ilə Agentliyin mövcud planının uyğunlaşdırılaraq uzunmüddətli birgə sənədin hazırlanması və müvafiq işlərin həyata keçirilməsi barədə razılıq əldə edilib.
“Rosselxoznadzor”un mütəxəssisləri tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri üçün quduzluğa qarşı peyvəndlənmənin aparılmasına nəzarət və effektivliyin izlənilməsi sahəsində təlimin keçirilməsi razılaşdırılıb. Eyni zamanda baytarlıq sertifikatlarının elektron sistemdə həqiqiliyinin yoxlanılması ilə bağlı “Rosselxoznadzor”un təcrübəsindən yararlanmaq qərara alınıb və mövcud sistemlərin inteqrasiyası üçün işlərə başlanılması təklif olunub. Ekvivalentliklə bağlı işlərin də davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 d. əvvəl
- 11 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
14 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
