“Xaliq Faiqoğlu” şirkətinin rəhbəri AYNA-nın fəaliyyətini yüksək qiymətləndir
Son aylarda Bakı şəhərində və ətraf ərazilərdə ictimai nəqliyyatın və taksi xidmətinin tənzimlənməsi, parkinqlərin idarə edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir.
20 ildir Bakı şəhərində sərnişindaşıma xidməti göstərən və paytaxtın ən böyük özəl daşıyıcı şirkəti olan “Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Faiq Seyidov açıqlamasında görülən işlərin təqdirəlayiq olduğunu bildirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) həyata keçirdiyi yenilikləri yüksək qiymətləndirdiyini bildirən Faiq Seyidov bu addımların şəhər mühitinin yaxşılaşmasına xidmət edəcəyini deyib:
“Mən xüsusilə avtobus zolaqları ilə bağlı addımları qeyd etmək istərdim. Hər kəsə məlum olduğu kimi, şəhər mobilliyinin formalaşması, tıxacların qarşısının alınması, nəqliyyatdakı xroniki stressin aradan qaldırılması hədəflərinə çatmaq üçün ictimai nəqliyyatın üzərinə böyük yük düşür. Məhz ictimai nəqliyyatın təşviqi, əlçatanlığı və üstünlüyü yaranmış vəziyyətin yaxşılaşmasına gətirib çıxara bilər. Bu məqsədlə AYNA-nın həyata keçirdiyi bir sıra yeniliklər çox vacib və əhəmiyyətli addımlardır. Bir neçə ildir tərəfimizdən müvafiq qurumlara Bakı-Sumqayıt yoluna avtobus zolağının çəkilməsi ilə bağlı təkliflər təqdim edilsə də, bu məsələ baxılmamış qalırdı. Lakin AYNA mövcud problemlərin aradan qaldırılması məqsədilə əməli tədbirlər həyata keçirir və bu da müsbət nəticələrini verməkdədir. Nəzərə almaq lazımdır ki, Bakı-Sumqayıt yolundan gün ərzində təxminən 150 min sərnişin istifadə edir və xüsusi avtobus zolağı onları tıxacdan xilas etməklə səfər müddətlərini əhəmiyyətli dərəcədə azaldacaqdır. Bu həm də qeyd edilən istiqamətdə insanların ictimai nəqliyyata yönəlməsini, nəticədə tıxacların azalmasına xidmət edəcəkdir. Ümid edirik ki, avtobus zolaqları şəbəkəsi effektiv şəkildə şaxələndiriləcək, küçə və prospektlərin zolaqlar vasitəsilə əlaqələndirilməsi baş tutacaq. Həmçinin zolaqlara daim nəzarət edilməsi, bu istiqamətdə maarifləndirmənin aparılması vacibdir”.
“Xaliq Faiqoğlu” şirkətinin rəhbəri qeyd edib ki, avtobus zolağına qanunsuz şəkildə daxil olmaq inzibati xətadır və məsuliyyət yaradır: “Şirkətimizə məxsus avtobusların ön və arxa hissələrində quraşdırılmış kameralar avtobus zolaqlarına qeyri-qanuni şəkildə daxil olmuş digər nəqliyyat vasitələrini qeydə alır və bu görüntülər aidiyyəti qurumlara təqdim edilir”.
Faiq Seyidov son illərdə daha da pərakəndə hal almış taksi fəaliyyəti ilə bağlı da fikirlərini bildirib. O, taksilərin ictimai nəqliyyatın fəaliyyətinə mane olmamasının vacibliyinə diqqət çəkib:
“Çox təssüf ki, son illərdə taksi fəaliyyəti ilə bağlı böyük bir xaos müşahidə edilir. Demək olar ki, bütün avtobus dayanacaqları taksilər tərəfindən zəbt edilir, iritutumlu avtobusların normal hərəkəti mümkünsüz olur. Bununla yanaşı bir çox ərazilərdə, xüsusilə Xırdalanda və Bakının bir sıra ərazilərində taksilərin iritutumlu avtobusların qarşısını kəsməsi, onlara qəsdən mane olması halları var. Hesab edirik ki, taksilərlə avtobusların hərəkət və dayanacaq əraziləri bir-birindən ayrılmalıdır və bu istəqamətdə AYNA-nın bir sıra layihələr həyata keçirməsi müsbət haldır”.
Faiq Seyidov parkinq tariflərinin qüvvəyə minməsi və parkinq zonalarının müəyyən edilməsinin də Bakıda müsbət nəticələr verəcəyinə, ictimai nəqliyyatın hərəkətinə yaranan bəzi maneələri aradan qaldıracaq: “AYNA-nın həyata keçirdiyi layihələrə şirkət olaraq biz də dəstək veririk və dəstəyimizi davam etdirəcəyik. İnanırıq ki, görülən tədbirlər doğma Bakımızın nəqliyyat sisteminə böyük fayda verəcək”.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
-
14 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
14 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
14 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























