"Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqavilənin imzalanmasına kömək etməyə hazırdır"
Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır, danışıqlara Moskva ev sahibliyi edə bilər.
Bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə MDB liderlərinin sammitində çıxışında bildirib.
Onun sözlərinə görə, gündəmdə uzun müddətdir davam edən bu münaqişəyə nəhayət son qoymaq üçün sülh müqaviləsinin hazırlanması dayanır.
"Rusiya tərəfi, əlbəttə ki, tərəfdaşlarımıza bu işdə hər cür kömək göstərməyə hazırdır. Xüsusən, biz lazım gələrsə, istənilən formatda danışıqların Moskvada təşkilinə razıyıq”, - Putin vurğulayıb.
Rusiya Prezidenti izah edib ki, burada söhbət, o cümlədən Ermənistan və Azərbaycanın xarici işlər nazirləri və ekspertləri arasında aparılan danışıqlardan gedir.
"Əlbəttə, biz bu danışıqların bu ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına kömək edəcəyik. Bir daha deyirəm: seçim həmişə müvafiq ölkənin ixtiyarındadır. Biz bu iş üçün lazımi şərait yaratmağa hazırıq", - deyə Rusiya lideri əlavə edib.
Putin son üç ildə Rusiya tərəfinin Qarabağda münaqişənin gərginləşməsinin qarşısını almaq və hərbi əməliyyatları dayandırmaq üçün əhəmiyyətli səylər göstərdiyinə də diqqət çəkib.
“Bütün bu müddət ərzində üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan formatında iki paytaxt - Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş gərgin iş aparılıb. Bundan əlavə, Rusiya sülhməramlıları mövcud səlahiyyətləri çərçivəsində öz missiyasını vicdanla yerinə yetiriblər", - Putin fikrini yekunlaşdırıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























