Nazir “İnci Group” şirkətinə təşəkkürnamə təqdim edib
11 oktyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı -2023”-ün təqdimatı baş tutub.
Bu barədə "İnci Group of Company”dən Marja.az-a daxil olmuş məlumatda bildirilir.
Təqdimatda çıxışı zamanı Azərbaycan qadını və təhsil mövzusuna toxunan elm və təhsil naziri Emin Əmrullayev qeyd edib, bir çox sahədə olduğu kimi, bu sahədə də ilklərə imza atan ölkə kimi Azərbaycan istər Şərq, istərsə də müsəlman ölkələri sırasında xüsusi yer tutur.
Maarifçilik və xeyriyyəçilik ənənələrimizdən bəhs edən nazir Şərqdə ilk qızlar məktəbinin ölkəmizdə fəaliyyətə başlamasını xalqımız üçün böyük dəyərlərdən biri kimi qiymətləndirib. Təqaüd proqramlarının əhəmiyyətindən söz açan nazir bildirib ki, bu proqramın şəffaflaşması və institutlaşması vacib məsələlərdəndir. O, üç ili tamam olan bu layihənin qızların təhsilinə, gələcək inkişafına töhfə baxımından vacib və simvolik rol oynadığını qeyd edib.
Çıxışlar dinlənildikdən sonra layihəyə dəstək göstərən təşkilatlara, o cümlədən, “İnci Group” şirkətinə təşəkkürnamə təqdim edilmişdir. Bundan əlavə təqaüd alacaq 54 tələbə isə sertifikatlarla təltif olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
















.jpg)


