Bu fəaliyyətdən aylıq gəlirlər 1000-1500 manat arasında dəyişir
Aqrar sığorta eksperti olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
Azərbaycanda aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına qeydiyyatı davam edir.
Xatırladaq ki, Azərbaycanda Aqrar Sığorta mexanizmi qabaqcıl Türkiyə (TARSİM) modeli əsasında qurulub. Bu sistemin əsas elementlərindən biri də müstəqil aqrar sığorta ekspertləridir.
Aqrar sığorta ekspertləri sığortalanan təsərrüfatlarda riskləri müəyyənləşdirir, hadisə baş verdikdə isə araşdırır və dəyən zərəri hesablayırlar.
Aqrar sığorta eksperti fəaliyyəti ödənişlidir və göstərdikləri xidmətlərə görə onlara ödəniş edilir. Hadisələrin tezliyindən və ekspertin aktivliyindən asılı olaraq mütəxəssislərin bu fəaliyyətdən aylıq gəlirləri 1000-1500 manat arasında dəyişir.
Marja.az xəbər verir ki, qanunvericiliyə əsasən, magistr, bakalavr, orta ixtisas təhsili və peşə təhsili üzrə ümumilikdə 71 ixtisas üzrə mütəxəssislər aqrar sığorta eksperti sertifikatı almaq üçün müraciət edə bilərlər.
Aqrar sığorta eksperti sertifikatı almaq üçün müvafiq ixtisas malik olan mütəxəssislər Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmalı və Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi test imtahanında tələb olunan balı toplamalıdır.
Test imtahanında iştirak etmək üçün qeydiyyat sentyabr ayının 18-dən başlayıb və 13 oktyabr saat 12:00-dək davam edəcək. İmtahan 15 oktyabr 2023-cü il tarixində DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsi ilə elektron formada keçiriləcəkdir.
Namizədlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 94.40 AZN (ƏDV daxil olmaqla) məbləğində pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert imtahanınında iştirak üçün qeydiyyat linki
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
5 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 15 saat əvvəl
-
19 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
20 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
21 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
21 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Son Xəbərlər

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Ən çox oxunanlar

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
