"İlk Su", "Birinci Su", "Gündəlik Su", "Pak Su" - Tələblərə uyğun olmadığı müəyyən edilib
Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ev 87 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qadaşov Azər Məmməd oğluna məxsus su emalı və qablaşdırılması müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Marja.az-ın Agentliyə istinadən məlumatına görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, hazır məhsulların saxlanması üçün anbarın və təmizlik vasitələri üçün ayrıca sahənin təşkil edilmədiyi, sanitar vəziyyətin qənaətbəxş olmadığı, müəssisədə emal olunan "İlk Su", "Birinci Su", "Gündəlik Su", "Pak Su" əmtəə nişanlı 19 litrlik qablaşdırılmış su məhsullarının etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb.
Laborator müayinələrin aparılması məqsədilə qablaşdırılmış su məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokoluna əsasən, nümunələrin normativ hüquqi aktların tələblərinə uyğun olmadığı müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunaraq müəssisədə su məhsullarının istehsalı dayandırılıb və müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
-
- 34 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
1 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 24-də gözlənilən hava şəraiti
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
























