Valyutası ucuzlaşan İsraildən 30 milyard dollarlıq satış tədbiri
Hücumların hədəfi olan İsraildə milli valyuta şekel 2 faizə qədər ucuzlaşıb. İsrail Mərkəzi Bankı valyuta dəyişkənliyinə müdaxilə etmək üçün 30 milyard dollara qədər valyuta satışı proqramı elan edib.HƏMAS-ın İsrailə hücumlarından sonra qarşıdurmalar davam edərkən, İsrail Mərkəzi Bankı 30 milyard dollara qədər valyuta satışı proqramı elan edib.
Marja.az-ın məlumatına görə, Bank milli valyuta şekeldə volatilliyi yumşaltmaq və bazarların fasiləsiz işləməsini təmin etmək üçün lazımi likvidliyi təmin etmək məqsədilə qarşıdakı dövrdə bazarda fəaliyyət göstərəcək.
Qeyd edək ki, müharibənin başlamasından sonra İsrail şekeli 2 faizə qədər ucuzlaşıb.
HƏMAS şənbə günü Qəzza zolağından İsrailin cənubuna sızıb və eyni vaxtda bir neçə hücum həyata keçirib. Hücumlar nəticəsində əksəriyyəti mülki vətəndaşlardan ibarət 700-dən çox israilli həyatını itirib.
Qəzzanın şimal sərhədindən çox da uzaq olmayan ərazidə keçirilən musiqi festivalına qatılan 260-a yaxın insan da Həmas tərəfindən öldürülüb. İsrailin cavab hücumları nəticəsində 400-ə yaxın fələstinli həyatını itirib. İsrail HƏMAS-ın sızdığı ərazilərin əksəriyyətinə nəzarəti bərpa edərkən, Həmas çoxlu israillini girov götürüb.
Gözlənilməz hücumlardan sonra İsrail rəsmən müharibə elan edib və HƏMAS-ın hərbi infrastrukturunu məhv etmədən əməliyyatları dayandırmayacağını açıqla. Bu açıqlayıb. Bu açıqlamadan sonra Qəzzada aylarla davam edə biləcək quru əməliyyatı gözlənilir.
Wall Street Journal HƏMAS və İranın dəstəklədiyi Hizbullahın yüksək səviyyəli üzvlərinə istinadən xəbər verir ki, İran təhlükəsizlik rəsmiləri HƏMAS-a hücumu planlaşdırmağa kömək edib və ötən bazar ertəsi Beyrutda keçirilən toplantıda hücuma yaşıl işıq yandırıblar.
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə iki gün ərzində iki dəfə telefonla danışıb və hərbi yardıma dəstəyini çatdırıb. ABŞ altı gəmisini Şərqi Aralıq dənizinə köçürüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
46 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 53 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)







