Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaşı qəbul edib.
Marja xəbər verir ki, dövlət başçısı bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında keçirilmiş avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin önəmini qeyd edərək, bunun dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyini bildirib.
Prezident İlham Əliyev Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı fəaliyyətini davam etdirdiyini bildirərək, bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlinin qoyulmasının bu yolların şaxələndirilməsi baxımından da önəmini qeyd etdi.
Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimizi birləşdirən və region üçün böyük əhəmiyyətə malik olan avtomobil və dəmir yollarının çəkilişi bütün bölgə üçün sabitliyə və əməkdaşlığa xidmət edəcək.
Dövlət başçısı, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi istiqamətində aparılan işlərin önəmini qeyd edib.
İkitərəfli münasibətlərimizin gündəliyinin yalnız nəqliyyat sektorunu deyil, eyni zamanda, daha geniş sahələri əhatə etdiyini deyən Azərbaycan Prezidenti Hökumətlərarası Komissiyanın fəaliyyətini yüksək qiymətləndirib, bütün sahələr üzrə yaxşı nəticələrin əldə edildiyini qeyd edib. Dövlət başçısı Azərbaycan-İran dostluğunun və əməkdaşlığının bütün bölgə üçün önəmli amil olduğunu vurğulayıb.
Prezident İlham Əliyev regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini bildirirək, bu xüsusda 3+3 əməkdaşlıq formatının da təşəbbüskarının məhz Azərbaycan olduğunu qeyd edib, tezliklə bu formatda görüşlərin keçiriləcəyini müsbət bir addım kimi qiymətləndirib.
Mehrdad Bəzrpaş ilk növbədə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.
Qonaq Azərbaycanın Qarabağ bölgəsinin reinteqrasiyası ilə bağlı təbriklərini çatdırıb və bunu çox mühüm hadisə kimi dəyərləndirib. O, qeyd edib ki, Azərbaycanın pozulmuş haqlı və ədalətli mövqeyi 30 ildən sonra xoşbəxtlikdən öz yerini tutub və ölkə suverenliyini bərpa edib.
Mehrdad Bəzrpaş region ölkələri və xalqlarının bir-biri ilə dərin tarixi və mədəni əlaqələrə malik olduğunu deyərək, Cənubi Qafqazda sülhün region üçün böyük perspektivlər yaradacağını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
-
8 d. əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 19 d. əvvəl
-
32 d. əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 49 d. əvvəl
-
1 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
19 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb






.jpg)
.jpg)






.jpg)








