Şirkət lombard kreditinə pul çatdıra bilmir – 12 - 14 FAİZ GƏLİR TƏKLİFİ
"GL" ASC (Sizin Lombard) istiqrazlarını yerləşdirməklə 3 milyon 25 min manat cəlb etməyi planlaşdırır.
Marja.az istiqrazların Baza Emissiya Prospektinə istinadən xəbər verir ki, faizli, təminatsız və sənədsiz istiqrazların hər birinin nominal dəyəri 1000 manat, sayı 3025 ədəd, tədavül müddəti 5 ildir.
İstiqrazların 1-ci buraxılışı üzrə illik gəlirlilik dərəcəsi 14%, 2-ci buraxılışı üzrə 13%, 3-6-cı buraxılışları üzrə 12% təşkil edir. Bütün buraxılışlarda faizlər investorlara 30 gündən bir ödəniləcəkdir. "GL" ASC müddəti bitməmiş istiqrazları geri almağı nəzərdə tutmur.
İstiqrazların 1-ci buraxılışı ilə 700 min manat, 2-ci buraxılışı ilə 1 milyon 300 min manat, 3-cü buraxılışı ilə 425 min manat, 4-cü buraxılışı ilə 200 min manat, 5-ci buraxılışı ilə 200 min manat, 6-cı buraxılışı ilə də 200 min manat cəlb edilməsi nəzərdə tutulur.
İstiqraz buraxılışı yolu ilə vəsaitin cəlb edilməsində məqsəd şirkətin fəaliyyətinin genişləndirilməsidir. "Sizin Lombard" filiallarının sayının artırılması, lombard kreditlərinə tələbin artması "GL" ASC-ni əlavə vəsait cəlb etməyə vadar edir.
Yerləşdirmənin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir. İstiqrazların yerləşdirilməsinə azı iki gün qalmış ictimaiyyətə məlumat veriləcəkdir.
"GL" ASC sürətlə böyüyən kredit şirkətidir. Belə ki, "GL" ASC-nin xalis mənfəəti 2020-ci ildə 1 milyon 15 min manat ikən, 2021-ci ildə 2 milyon 833 min manata, 2022-ci ildə isə 3 milyon 13 min manata yüksəlib. Eyni dövrdə şirkətin kredit portfeli 23 milyon 89 min manatdan 34 milyon 304 min manata qalxıb. Ötən ilin sonunda "GL" ASC-nin cəmi aktivləri 40 milyon 603 min manata çatıb.
"GL" ASC-nin nizamnamə kapitalının 100%-i Quliyev Fərman Eldar oğluna məxsusdur.
"GL" ASC daşınar əşyaların (əsasən qızılın) girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsi (lombard) fəaliyyətilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























