Çin daşınmaz əmlak nəhənginin sədri saxlanılıb
Çinin borc böhranında olan tikinti və daşınmaz əmlak şirkəti "Evergrande"in qurucusu və sədri Hui Ka Yan “qanunsuz fəaliyyətdə şübhəli bilinərək” saxlanılıb.
Marja xəbər verir ki, "Evergrande"in Honq Konq Birjasına təqdim bildirişdə Hui-nin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını təsdiqlənib.
“Müvafiq orqanlar şirkətə məlumat veriblər ki, cənab Hui Ka Yan qeyri-qanuni fəaliyyətlə məşğul olmaqda şübhəli bilinərək saxlanılır”, - deyə bildirişdə deyilir.
Bloomberg-in mövzu ilə bağlı dünən dərc etdiyi xəbərdə "Huinin bu ayın əvvəlindən polis nəzarətində olduğu" iddia edilib.
Milyarder iş adamının niyə nəzarətdə saxlandığı açıqlanmasa da, tədbirin borc böhranı yaşayan şirkətlər qrupuna qarşı aparılan maliyyə və məhkəmə araşdırmaları ilə bağlı olduğu təxmin edilir.
Honq-Konq birjasında "Evergranden"in səhmlərinin ticarəti dayandırılıb.
“Kölgə bankçılığı” şübhəsi
Çinin aparıcı daşınmaz əmlak şirkətlərindən biri və tikinti sənayesində dünyanın ən böyük sərmayəçilərindən biri olan "Evergrande" qrupu iki ildir davam edən borc problemi ilə yanaşı, tənzimləyici orqanlar və məhkəmə orqanları tərəfindən də araşdırmalarla üzləşib.
Qrupun aktivlərin idarə edilməsi üzrə törəmə şirkəti "Evergrande Financial Asset Management"in “kölgə bankçılığı” fəaliyyətində şübhəli bilinərək araşdırıldığı iddia edilir. Şirkət fərdi müştərilərə satılan daşınar aktivlərdən əldə olunan gəlirləri qaydalara zidd olaraq mənzil layihələrinin maliyyələşdirilməsinə sərf etməkdə şübhəli bilinir.
Çin polisi sentyabrın 18-də istintaq çərçivəsində şirkətin bəzi işçilərinin saxlanıldığını açıqlayıb.
Saxlanılanların şəxsiyyətləri açıqlanmasa da, mətbuata sızan məlumatlarda baş direktor Du Liang və baş menecer müavini Yao Bıncai də daxil olmaqla, rəhbərlik səviyyəsində 10-dan çox adamın "qanunsuz vəsait toplamaq" şübhəsi ilə araşdırıldığı iddia edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
11 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 11 saat əvvəl
-
11 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















