8 ayda kreditlərdən 1 milyard 680 milyon manatlıq faiz gəliri
Azərbaycan bankları 2023-cü ilin 8 ayı ərzində (yanvar-avqust) müştərilərə verilən kreditlər üzrə 1 milyard 680,2 milyon manat faiz gəliri əldə ediblər. Banklar 2022-ci ilin eyni dövründə 1 milyard 408,6 milyon manat kreditlər üzrə faiz gəliri əldə etmişdi. Beləliklə, bu il bankların kreditlər üzrə faiz gəliri 271,6 milyon manat daha çox olub.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, o cümlədən yanvarda 199,9 milyon manat, fevralda 204,9 milyon manat, martda 205,6 milyon manat, apreldə 199,6 milyon manat, mayda 210,9 milyon manat, iyunda 213,7 milyon manat, iyulda 222,1 milyon manat, avqustda isə 223,3 milyon manat kreditlər üzrə faiz gəliri əldə edilib.
2022-ci ildə banklar kreditlər üzrə 2 milyard 194,4 milyon manat kreditlər üzrə faiz gəliri əldə etmişdilər.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR 22 MİLYARD MANATA YAXINLAŞIB
Azərbaycan banklarının cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü ilin 8 ayında 2 milyard 219,8 milyon manat, o cümlədən iyul ayının sonu ilə müqayisədə avqust ayında 442,3 milyon manat artaraq 31 Avqust 2023-cü il tarixində 21 milyard 814,2 milyon manat təşkil edib.
Avqust ayında bankların biznes kreditləri portfeli 199,1 milyon manat artaraq 11 milyard 821,7 milyon manata, istehlak kreditləri portfeli 156,5 milyon manat artaraq 6 milyard 532,5 milyon manata, ipoteka kreditləri portfeli isə 86,6 milyon manat artaraq 3 milyard 459,9 milyon manata çatıb.
Əhalinin götürdüyü kreditlər olan istehlak və ipoteka kreditlərinin cəmi məbləği 9 milyard 992,4 milyon manata çatıb. 2023-cü ilin 8 ayı ərzində əhalinin banklara cəmi borcu 1 milyard 253,1 milyon manat artıb. Ötən ilin sonunda istehlak və ipoteka kreditləri cəmi 8 milyard 739,3 milyon manat təşkil etmişdi.
Bank olmayan kredit təşkilatları (BOKT) və lombardlar tərəfindən verilən kreditlər nəzərə alınarsa, əhalinin kredit təşkilatlarına cəmi qalıq borcu 10 milyard manatdan çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
1 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
2 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
2 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 3 saat əvvəl
-
3 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Mayın 19-da gözlənilən hava şəraiti
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb






.jpg)
.jpg)





.jpg)







