Qlobal birjalarda son vəziyyət
Ötən həftə ABŞ Federal Ehtiyyatlar Sisteminin, İngiltərə Mərkəzi Bankının faiz qərarları və FED sədri Cerom Pavelin Amerikada monetar siyasətin gələcəyinə dair verdiyi açıqlamalar, eləcə də, Avrozonada və İngiltərədə açıqlanan inflyasiya göstəriciləri fonunda dollar indeksi ardıcıl 10-cu həftəni də artımla tamamladı.
FED-in sentyabrın 20-də keçirilən iclasında uçot faiz dərəcəsini sabit saxlasa da sədr C.Pavelin inlyasiya ilə mübarizə çərçivəsində bankın sərt monetar siyasətini hələ uzun müddət davam etdirəcəyinə dair verdiyi açıqlamalar fonunda FED-in noyabr toplantısında faiz dərəcəsini 25 baza bəndi artırması ehtimalları yüksək qiymətləndirlir və bu hal dünya birjalarında dollara tələbi daha da artırır.
Ardıcıl 10-cu də həftə yüksəliş trendini davam etdirən dollar indeksi (DXY) həftəni 105.66 bənd səviyyəsində tamamlayıb.
Ötən həftəyə artım tendensiyası ilə başlayan XAUUSD (GOLD) dollara tələbin artması səbəbi ilə həftənin sonuna doğru yenidən ucuzlaşdı. Lakin, 1914$ həddindən dəstək tapan qiymətli metal ötən həftənin son günü bir qədər bahalaşdı və həftəni 1924$ səviyyəsində tamaladı.
25 sentyabr tarixindən başlayan xəbər təqvimində Amerikada ÜDM-in həcmi, şəxsi xərclərə və gəlirlərə dair statistik göstəricilər, “Conference Board” İstehlakçıların Güvən İndeksi səviyyəsi və məşğulluq məlumatları təqib ediləcək.
EUR
FED-in sərt monetar siyasətini hələ uzun müddət davam etdirəcəyinə dair ehtimalların qüvvətlənməsi fonunda ardıcıl 10-cu həftəni də enişlə tamamlayan EURUSD məzənnəsi 1.0615 hədlərinə kimi ucuzlaşıb. Lakin, buradan qiymətə dəstək verən “Buğalar” məzənnəni 1.0640 hədlərinin üəzrinə qaytardı və həftəni burada başa vurdu. Amma, “Ayılar” qiyməti 1.07$ səviyyəsinin altında saxladığı müddətcə, eniş tendensiyası daha da dərinləşə bilər.
Bu həftə bütün diqqətlər Avrozona və Almaniyada İstehlak Qiymətləri İndeksi (CPİ) göstəricilərinə yönəlib.
Analitiklər Avropada inflyasiya və resessiya dilemmasının davam etdiyini və regionda son açıqlanan məlumatların qarışıq siqnallar verdiyini bildiriblər.
Bu gün və cari həftənin cümə günü Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı zamanı faiz artımından sonra monetar siyasətin gələcəyinə dair verəcəyi mesajlar və Avrozonada İstehlak Qiymətləri İndeksi valyuta bazarlarında volatilliyi artıra bilər.
GBP
Eniş tendensiyasını 11-ci həftəyə daşıyan GBPUSD məzənnəsi cümə günü 1.2230 həddlərinə qədər gerilədi və həftəlik şamı 1.2240 səviyyəsində bağladı. Cari həftə ərzində GBPUSD məzənnəsində tendensiyanın formalaşmasına Amerikadan, Avrozonadan və Almaniyadan açıqlanacaq makroiqtisadi göstəricilər, eləcə də İngiltərədə ümumdaxili məhsulun həcmi kimi önəmli iqtisadi rəqəmlər təsir edə bilər.
Bu həftə ərzində Almaniyada CPİ və “İfo” Biznes Mühiti İndeksi, Avrozonada, eləcə də İngiltərədə İstehlak Qiymətləri İndeksi, Amerikada “Conference Board” İstehlakçıların İnam İndeksi, işsizlik müavinatı üçün müraciətlərin sayı, təkrar məzil bazarlarında satışların həcmi kimi önəmli makroiqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 d. əvvəl
- 10 d. əvvəl
- 13 d. əvvəl
-
1 saat əvvəl
Gələcəyin iqtisadçıları üçün müasir yatırım dərsləri: İnvestAZ mütəxəssislərindən Master Klass
- 1 saat əvvəl
-
2 saat əvvəl
EGA şirkəti Legal 500 və ACCA tərəfindən beynəlxalq səviyyədə tanınıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı
Avropada zəhərli uşaq qidası təşvişi yaşanır
AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
Ən çox oxunanlar
Baku Steel Company Almaniyada Tube 2026 sərgisində
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
Mərkəzi Bank sığorta şirkətinin lisenziyasını ləğv etdi
"Azərpoçt"a yeni rəhbər təyin edilib
“Azərpoçt"un rəhbəri işdən çıxıb






.jpg)






.jpg)







