Qarabağın erməni sakinlərinin reinteqrasiya planı hazırdır
Prezident Administrasiya tərəfindən göndərilən dəvətdən, əfsus ki, separatçı rejim tərəfindən imtina edilirdi.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
O qeyd edib ki, Qarabağın erməni sakinlərinin sosial-iqtisadi inteqrasiyası Azərbaycanın daxili məsələsidir.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Qarabağın erməni sakinlərinin geniş formada sosial-iqtisadi inteqrasiyası üçün plan hazırdır və bu, müvafiq aidiyyət qurumlarla hazırlanıb.
XXX
Rəsmi Bakı Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sabahkı görüşə hazırdır
Azərbaycan sabahkı ilkin görüşə hazırdır.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
O qeyd edib ki, daha geniş müzakirələr Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində həyata keçiriləcək:
“Azərbaycan hamar reinteqrasiya prosesinə hazır olduğunu bir daha bəyan edir. Biz əhalinin humanitar tələblərinə cavab verməyə hazırıq. Qısa zaman çərçivəsində yerlərdə stabillik və təhlükəsizliyi müvafiq şəkildə təmin etməyə hazırıq”.
XXX
Azərbaycan tərəfi lokal antiterror tədbirlərini həyata keçirməyə məcbur oldu.
Bunu xarici işlər nazirinin müavini Fariz Rzayev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
O qeyd edib ki, üç ilə yaxındır, Ermənistan vaxt itkisinə səbəb olub: “Bu gün artıq antiterror tədbirlərindən sonra razılıq əldə olunub. Ermənistan Silahlı Qüvvələrinin Qarabağda qalan qalıqlarının tərksilah edilməsi həyata keçiriləcək”.
XXX
Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır
Bir daha təkrar edirik ki, Azərbaycanın məqsədi Qarabağın erməni sakinlərinin sülh şəraitində inteqrasiyasıdır və biz Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının tərəfdarıyıq.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
“Amma müstəqil Azərbaycan ərazisində 10 minlik bir hərbi qüvvənin olması qəbuledilməz idi”, - Prezidentin köməkçisi vurğulayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
12 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 13 saat əvvəl
-
13 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















