Unibank müştərilərinin kreativ hədəfləri hansılardır?
(®) Pulu niyə yığırsınız? Təbii ki, hər kəsin bu suala öz cavabı olacaq. İstər bankda depozit hesabınızda olan, istərsə də evdə yastığın altında yığdığınız pulun, gələcək üçün bir məqsədi, bir xərclənmə təyinatı var.
“Unibank”ın “Topla” rəqəmsal məhsulunda pul toplamaq üçün onlayn hesab açanlar da maraqlı hədəflər seçiblər. Rəqəmsal məhsulun istifadəyə verildiyi vaxtdan indiyədək “Topla” yaradan Unibank müştəriləri pul toplamaq üçün özlərinə 92 mindən çox hədəf müəyyən edib. Bu hədəflərdən yarısını pulu xərcləyəcəkləri istiqamətin adı ilə adlandırıblar.
Adlı hesabların bölgüsü göstərir ki, “Topla”da pul yığan vətəndaşlarımızın çoxu avtomobil almaq arzusundadır. 43% öz hədəfinin adını “avtomobil” qoyub. İkinci yerdə “səyahət” həvəskarları gəlir.
Sonrakı yerləri hədəfi telefon, ev almaq, airpods almaq istəyənlər tutur. Pul yığanların 3%-i bu vəsaiti borclarını ödəmək üçün yığır.
Pul toplamağının hədəfi sürücülük vəsiqəsi, kompüter, saat almaq olanlar və təhsili üçün vəsait yığanlar da ilk onluqda yer tuturlar. Toy etmək, evini təmir etdirmək istəyənlər, qızıl, paltar almaq istəyənlər də “Topla”nı seçənlər sırasındadırlar. Maraqlıdır ki, sağlamlıq səbəbi ilə pul yığan 180 nəfərdən 102-si burun əməliyyatına pul toplayır. Daha 40 müştəri özünə cehiz almaq üçün pul yığır. Telefon almaq istəyənlərin 3000 nəfərdən çoxunun hədəfi “iPhone”dur. 14 müştərinin pul yığmaq hədəfinin adını isə nə biz deyək, nə siz bilin.
“Topla” ilə bağlı iki yeniliyi də pul yığmağı sevənlərin diqqətinə çatdıraq:
1. Bundan sonra “Topla”da 1 illik əmanət hesabı açanlar, müddətin sonunda 2% daha çox, yəni 9% bonus qazanacaqlar.
2. Artıq POS terminal vasitəsilə etdiyiniz hər ödənişdən qalan qəpik və manatlar avtomatik olaraq “Topla” hesabınıza köçürüləcək. Bunun üçün UBank-da “Topla”ya keçərək, “Avtomatik artırılma” bölməsindən “Qalıq üzrə artır” funksiyanı aktivləşdirməyiniz kifayətdir. Seçdiyiniz variantdan asılı olaraq 1 AZN-ə, yaxud 10 AZN-ə qədər yuvarlaqlaşdırma məbləğini seçə bilərsiniz.
3. İndi onlayn daxılınıza 100 000 manatadək vəsait toplaya bilərsiniz.
4. Onlayn depozit hesabınızdakı 100 000 manatadək vəsait Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.
“Unibank”ın UBank mobil tətbiqində təqdim etdiyi, ölkə bank bazarı üçün bir ilk olan onlayn “Topla” məhsulu sizə hədəflərinizə çatmaq üçün pul yığmağa imkan yaradır. Bu məhsulu onlayn depozit hesabınız kimi də qəbul edə bilərsiniz. İstədiyiniz yerdə, istədiyiniz vaxtda onlayn daxılınıza minimal məbləğlə pul yığmağa başlaya və seçdiyiniz müddət ərzində hədəf məbləğinizi toplayaraq, əlavə faizlər qazana bilərsiniz.
“Topla” yığım məhsulunun üstünlükləri nədir?
- Arzularınıza gedən yolda hədəflər qoymağınıza təkan vermək;
- Banka gəlmədən, kağız sənədlər imzalamadan etibarlı ünvanda pul yığmaq;
- 1 AZN mədaxillə belə daxılınızı aktivləşdirmək;
- Daxıldakı vəsaitinizi istədiyiniz vaxt, istədiyiniz məbləğdə həm Unibank, həm də digər bank kartlarından UBank vasitəsilə artırmaq;
- İstədiyiniz sayda “Topla” onlayn daxıl yaratmaq;
- 3,6,9 və 12 ayadək müddət seçmək və hər daxıla 100 000 AZN-dək məbləğ yığmaq;
- İstədiyiniz vaxt pulunuzu onlayn daxıldan çıxarmaq imkanı.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
-
10 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
10 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
11 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Ən çox oxunanlar
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib




















