Dövlətin büdcə üçün yerli investorlardan aldığı borc kəskin artıb
2023-cü ilin yanvar-avqust ayları ərzində (8 ayda) Bakı Fond Birkasının ilkin bazarında Maliyyə Nazirliyinin 1 milyard 719 milyon 791 min manatlıq qiymətli kağızları (dövlət istiqrazları) yerləşdirilib.
Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə xəzinənin cəlb etdiyi vəsait 2 dəfədən çox və ya 878 milyon 128 min manat artıb.
2022-ci ilin yanvar-avqust ayları ərzində Maliyyə Nazirliyinin 841 milyon 663 min manatlıq istiqrazları yerləşdirilmişdi.
Qeyd edək ki, Maliyyə Nazirliyi xarici bazarlarda yerləşdirdiyi istiqrazlar ilə valyutada cəlb etdiyi vəsaitləri (xarici borcları) daxili borclar ilə əvəz etməkdədir.
İstiqrazlar dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılır. Dövlət istiqrazları əsasən banklar, sığorta şirkətləri və özəl şirkətlər tərəfindən alınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























