Faktorinq əməliyyatlarına marağın artmasına səbəb nədir?
Bu ilin iyulun sonuna Azərbaycan banklarının faktorinq əməliyyatları üzrə kredit qoyuluşları 70,6 milyon manat, qeyri-bank təşkilatlarının isə 0,6 milyon manat təşkil edib.
Ötən ilin sonunda banklar üzrə bu göstərici 40,2 milyon manat təşkil edib. Beləliklə, bankların faktorinq əməliyyatları üzrə kredit qoyuluşları ötən ilə nisbətən 30,4 milyon manat və ya 2,3 dəfə çoxdur.
Bəs Azərbaycanda faktorinq əməliyyatlarına marağın artmasına səbəb nədir?
Azərbaycan Banklar Assosiasiyasının “Kredit işi Ekspert Qrupu”nun eksperti Nicat Rəsulov bildirib ki, faktorinq maliyyələşməsinə banklar və faktorinq şirkətləri tərəfindən maraq daim yüksək olub:
“Bu məhsul ənənəvi kredit məhsuluna alternativ olmaqla yanaşı, daha çevikdir, girovsuzdur və riski aşağıdır. Banklar üçün faktorinq maliyyələşməsinin daha az riskli olmasının səbəbi odur ki, burada debitor mövcuddur və bu debitorun maliyyələşməsi ilə şirkətin biznes riskləri minimallaşdırılmış olur”.
ABA-nın rəsmisi bu maliyyələşmənin daha az riskli olması və məhsula aşağıdakı üstünlükləri qazandırmağını bildirib:
- Banklar borcalandan daha az biznes və maliyyə məlumatları tələb etməklə, maliyyələşməyə sərf edilən əməliyyat xərclərini azaltmış olurlar. Nəticədə borcalana təklif edilən faiz və ya komissiya daha aşağı olur. Bu isə maliyyələşmənin daha az xərclə əldə edilməsinə imkan yaradır;
- Kredit riski daha aşağı maliyyələşmə olduğundan, banklar tərəfindən təminat tələbi olmur. Bu isə öz növbəsində kreditin rəsmiləşməsinə sərf edilən zamanı qısaltmış olur və faktorinq məhsulunu daha çevik maliyyə alətinə çevirir.
Ekspert bildirib ki, yuxarıda qeyd edilən üstünlüklər, kreditə əlçatanlığı az olan borcalanlara da bu maliyyələşmədən daha rahat istifadə etməyə imkan verir:
“Bu da, nəticə etibarı ilə bankların real sektorun kreditləşməsindəki roluna daha müsbət təsir göstərir. Eyni zamanda, faktorinq əməliyyatlarının daha geniş vüsət alması və inkişafı üçün bir sıra tədbirlər həyata keçirilir. Belə ki, faktorinq məhsullarının və təchizat zəncirin artırılması “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda yer almış məsələlərdən biridir. ABA tərəfindən bu istiqamətdə bankların rəy və təklifləri ümumiləşdirilərək, aidiyyatı üzrə təqdim edilir və müzakirələrdə aktiv iştirak təmin olunur”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)







