Kompüterərin topdan satışı ilə məşğul olan şirkətin mənfəəti 2 dəfə artıb - 156 MİLYON MANAT GƏLİR

Kompüterərin, avadanlıqların və proqram təminatlarının topdan satışı ilə məşğul olan "Bestcomp Group" QSC 2022-ci ili 18 milyon 175 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 8 milyon 868 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bestcomp Group"un xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 2 dəfədən çox artıb.
Marja.az şirkətin konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Bestcomp Group"un satışdan gəlirləri (əsas əməliyyat gəlirləri) 2021-ci ildə 129 milyon 495 min manat ikən, 2022-ci ilidə 152 milyon 38 min manat təşkil edib. Beləliklə, ötən il şirkətin satışdan gəlirləri 22 milyon 542 min manat və ya 17,4% artıb. O cümlədən, "Bestcomp Group" QSC-nin ölkə xaricində gəlirləri 2021-ci ildə 5 milyon 489 min manat ikən, 2022-ci ildə 3 milyon 902 min manata düşüb.
Digər gəlirlər daxil "Bestcomp Group"un ötən il cəmi gəlirləri 155 milyon 942 min manat olub (2021-ci ildə 135 miylon 142 min manat).
CƏMİ AKTİVLƏRİ 100 MİLYON MANTI AŞIB
31 dekabr 2022-ci il tarixində "Bestcomp Group" QSC 100 milyon 126 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 96 milyon 52 min manat cəmi aktivlərə malik idi.
"Bestcomp Group" QSC "B and B Security Alliance Limited" MMC, "Bestel Systems" MMC, "HTech İnvest" MMC və "Kür Elektron Avadanlıqlar İstehsalı" MMC şirkətlərinin təsisçisidir.
"Bestcomp Group" QSC-nin payçıları Həsənov Rauf İlyas oğlu (63,50%), Məmmədov Əsəd Rauf oğlu (21,77%) və Həsənov Saleh İlyas oğludur (14,73%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
12 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
