"AAAF Park"ın sakinləri şikayətlənirlər
Abşeron rayonunun Xırdalan şəhərində "AAAF Park"ın 19 saylı binasında yaşayan sakinlər həyətlərində aparılan qanunsuz tikilidən şikayətlənirlər.
Sakinlər iddia edirlər ki, sahəsi 500 kvadratmetrə yaxın olan, təyinatı bilinməyən obyekt kommunikasiya xətlərinin üzərində tikilir.
Sözügedən ünvanda çəkdiyimiz şəkillərdən də aydın olur ki, obyektin təməli elektrik xəttinin üzərindədir. Qaz xətti ilə obyekt arasındakı məsafə isə heç 50 santimetr də deyil.
Sakin Bəhruz Əhmədov qeyd edib ki, 19 saylı binanın həyətində tikilən obyektin ərazisində qaz, işıq, kanalizasiya xətləri var: "Biz dəfələrlə şikayət eləmişik. Şikayətimizə baxan olmayıb. Tikintinin sahibi Camal Talışlı adlı şəxsdir. Ona da bir neçə dəfə müraciət etmişik, deyib ki, kimə istəyirsiniz şikayət edin. Sakinlər orda maşınlarını saxlayırdılar. İndi obyekt tikilir. Bəs, sonrası necə olacaq?".
Digər bir sakin Fazil Məmmədov isə məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə, polisə dəfələrlə zəng etdiklərini bildirib. Qeyd edib ki, kanalizasiya xətti həmin obyektin altından keçir. "Sabah kanalizasiya tutulsa, necə olacaq?", - deyə sakin sual edir.
Umud Əhmədov da şikayətlərinə baxılmadığını bildirib. O qeyd edib ki, sabah nəsə olsa, heç kim cavab verməyəcək.
“AAAF İNŞAAT” MMC-nin hüquqşünası Emin Səlimov açıqlamasında bildirib ki, həmin ərazidə tikinti işlərini "AAAF İNŞAAT" aparmır: "Sadəcə olaraq, "AAAF İNŞAAT" 2 müharibə veteranına həmin ərazidə yer ayırıb. Onlar sərbəst formada öz işlərini həyata keçirirlər. Orada tikinti aparılır deyə bir xüsusat yoxdur. Oradan elektirk və ya qaz xətti keçmir”.
Abşeron Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirməyiblər.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)





.jpg)






