Mərkəzi Bank investisiya şirkətinin vəzifəli şəxsini məsuliyyətə cəlb edib
Marja.az “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının (Mərkəzi Bank) qiymətli kağızlar bazarında həyata keçirdiyi tənzimlənmə və nəzarət tədbirləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması investorların hüquqlarının müdafiəsi və şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də (Şirkət) “Qiymətli kağızlar bazarı haqqında Qanun”un 33.1-ci, “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 3.4-cü, 3.5-ci, 14.3-cü, 3.11-ci, 12.1-ci, 19.3.4-cü, 19.3.8-ci, 19.3.9-cu, 19.4.9-cu, 5.3-cü və 5.5-ci bəndlərinin, “Marja ticarəti Qaydası”nın 3.6-cı, 6.5-ci və 8.2-ci bəndlərinin tələblərinin pozulması səbəbilə onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 414-cü və 416.0.1-ci maddələrinə müvafiq olaraq ümumilikdə 6 200 manat məbləğində cərimə edilmişdir.
Eyni zamanda, sözügedən nöqsan və çatışmazlıqların Şirkətin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















