“Rəqəmsal dəyişim: e-ticarət və sosial media trendləri” adlı seminar təşkil olunacaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı və “E-Mark” media agentliyinin birgə təşkilatçılığı ilə “Rəqəmsal dəyişim: e-ticarət və sosial media trendləri” adlı seminar təşkil olunacaq.
Seminarda iştirakçılara sosial media trendlərinin tətbiqi, doğru bilinən yanlışlar, habelə yerli və beynəlxalq ticarətdə tətbiq olunan müasir rəqəmsal həll yolları, “Amazon”, “eBay” və “Alibaba” kimi beynəlxalq elektron ticarət platformaları və “Payoneer” rəqəmsal ödəniş sisteminə dair real praktik məlumatlar təqdim olunacaq. Tədbirdə sadalanan platformalar üzrə Azərbaycandan satışlar həyata keçirən şəxslər öz uğur hekayələri və qarşılaşdıqları çətinliklər barədə məlumatlar verəcəklər.
Seminarın sonunda iştirakçılar arasından təsadüfi seçim əsasında seçilən bir nəfərə rəqəmsal ticarət və ödəniş platformalarının iş prinsiplərinin detallı tədris olunduğu bir aylıq mentorluq təliminə cəlb olunma imkanı veriləcək.
Tədbir 19 avqust 2023-cü il saat 11:00-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçiriləcək. Tədbirdə iştirak üçün qeydiyyat mütləqdir.
Qeydiyyat üçün keçid linki: https://training.ereforms.org/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 d. əvvəl
- 47 d. əvvəl
-
- 52 d. əvvəl
-
56 d. əvvəl
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
19 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda 11-ci Domino’s restoranı açıqlacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





















