Bank BTB 2023-cü ilin ikinci rübünü mənfəətlə başa vurub
Bank BTB bu ilin 2-ci rübünü 309 min manat mənfəətlə başa vuraraq, ötən ilin eyni dövrü ilə müqayisədə 106% artım etmişdir.
Bankın yaydığı press-relizdə bildirilir ki, hesabat tarixinə aktivlərin cəmi 381 milyon 214 min manat təşkil etmişdir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7.6% artım deməkdir.
Qeyd edilib ki, 1-ci rübün nəticələrinə görə faiz gəlirləri ötən rüb ilə müqayisədə 102% artaraq 14 milyon 670 min manat, faiz xərcləri 9 milyon 356 min manat, qeyri-faiz gəlirləri 102% artaraq 2 milyon 186 min, qeyri-faiz xərcləri 6 milyon 585 min olmuşdur. Bununla da əməliyyat mənfəəti 7 dəfədən çox artaraq 905 min manat təşkil etmişdir.
Digər göstərici bankın depozit portfelinin artmasıdır ki, qeyd olunan dövrdə bankın müddətli depozit portfeli 132 milyon 765 min manat təşkil etmiş, ötən ilin eyni dövrü ilə müqayisədə 4% artmışdır.
2-ci rüb ərzində Bank BTB tərəfindən 38 milyon 979 min manat kredit verilmişdir. Ümumi satışın 37%-ni Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən ipoteka kreditləri, 21%-ni istehlak kreditləri, 25%-ni sahibkarlıq subyektlərinə verilən kreditlər, 17%-ni bankın vəsaiti hesabına yaşayış sahəsi olan daşınmaz əmlakın alınması və ya tikintisi məqsədilə fiziki şəxslərə verilən kreditlər təşkil edib. Bununla da kredit portfeli ötən rübə nisbətdə 2.5% artaraq 282 milyon 271 min manat təşkil etmişdir.
Hesabat dövrünə bankın məcmu kapitalı 54 milyon 56 min manat təşkil edir. Bankın ani likvidlik əmsalı 90.46% təşkil edir ki, bu da AMB-nin tələb etdiyi minimum normadan 3 dəfədən çoxdur.
Nəzərinizə çatdıraq ki, Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)






