"Masdar" Azərbaycan layihəsi üçün də aldığı krediti bağlamaq üçün "yaşıl" istiqraz buraxıb
Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tezliklə Azərbaycanda inşa etdiyi qoyuluş gücü 230 MVt olan Qaradağ Günəş Fotovoltaik (PV) Elektrik Stansiyası layihəsinin maliyyələşdirilməsi üçün cəlb etdiyi krediti buraxdığı "yaşıl" istiqraz hesabına bağlayacaq.
Xarici mətbuat xəbər verir ki, bunu "Masdar" şirkətinin baş maliyyə direktoru Nayl Hannigan deyib.
O bildirib ki, "Masdar" 750 milyon ABŞ dolları dəyərində "yaşıl" istiqrazlarının debüt buraxılışını həyata keçirib. Bu da, şirkətə Azərbaycanda "Qaradağ" Günəş Elektrik Stansiyası və Özbəkistanda qoyuluş gücü 500 MVt olan dəniz külək enerjisi layihələrin hər birisinə cəlb edilən 250 milyon ABŞ dollarlıq keçid kreditlərini bağlamağa imkan verəcək. Qalan 250 milyon ABŞ dolları isə Özbəkistandakı üç günəş enerjisi layihəsinə yönəldiləcək və bu layihələrin maliyyələşdirilməsi tezliklə yekunlaşdırılacaq.
“Şimali Amerikada, xüsusən də ABŞ bazarında əhəmiyyətli dərəcədə böyüməyi planlaşdırırıq. Bu region kritik bir bazardır. "Masdar", ABŞ-dakı potensial satınalma hədəfləri ilə bağlı müzakirələr aparır və həmçinin Avropada, Körfəz və digər ölkələrdə fəaliyyətini genişləndirmək niyyətindədir. Mərkəzi Asiya, Asiya-Sakit okean və Afrika da gələcək inkişaf istiqamətlərimiz arasında yer alır”, - N. Hannigan qeyd edib.
Qeyd edək ki, Qaradağ Günəş Fotovoltaik Elektrik Stansiyası layihəsi 2023-cü ildə kommersiya fəaliyyətinə başlayacaq. Stansiya ildə 0,5 milyard kVt/saat elektrik enerjisi istehsal etməyə kömək edəcək. Bu da 110 000-dən çox evin ehtiyaclarını ödəməyə və karbon emissiyalarını ildə 200 000 tondan çox azaltmağa, həmçinin yerli əhali üçün yeni iş yerlərinin yaradılmasına imkan verəcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























