"Hava arıları çaşbaş saldı. Bal 10 dəfəyədək azalıb, qiymət artımı olacaq"
Bu il yaz aylarından yayın əvvəlinə qədər hava şəraitinin soyuq və yağıntılı keçməsi arıçılığa mənfi təsir göstərib. Belə ki, yağıntılı hava şəraitinə görə arıların nektar toplaması gecikib. Hazırda bal süzümü mövsümü başlasa da, arıçıların bir çoxu hələ süzümə başlamayıb. Hətta bəziləri bu il arılardan bal götürə bilməyəcəyi qənaətindədirlər.
Qazax sakini İsmayıl Omarov 20 ildən çoxdur arıçılıqla məşğuldur. Deyir təkcə onun deyil, tanıdığı arıçıların da təsərrüfatında vəziyyət ürəkaçan deyil. Pətəklərini yaz dövründə çiçəkli məkanlara aparsa da, arılar intensiv yağışlar üzündən bal yığa bilməyib. Süzümə hər il bu günlərdə başlasa da, hazırda yeşiklərdə bal yox dərəcəsindədir. Fermer bundan sonra hava şəraiti normal keçərsə, arıların az da olsa, bal toplayacağına ümid edir. Ona görə də süzümü avqustun əvvəllərində etməyi düşünür. Görünən isə odur ki, bir pətəkdən 2 kiloqramdan artıq məhsul götürə bilməyəcək.
“Yaz vaxtı akasiya ağacları çiçək açdı, amma arı yağışlara görə heç nə götürə bilmədi. Sonra qaratikan açdı, yenə yağdı, nektar götürə bilmədi. Hava arıları çaşbaş saldı. Bal süzümü də elə yağış probleminə görə olmadı. Bu il nə olsa, arının özü üçün saxlayacağam”, –deyə İsmayıl Omarov bildirir.
Qazaxda arıçıların çoxu ümumiyyətlə bal süzməyəcəklərini, arıların ancaq özlərinə qış ehtiyatı toplaya biləcəklərini, bəziləri də az miqdarda süzüm edə bildiklərini deyirlər. Balın süzümünü həyata keçirən peşəkar arıçı, əsasən arı südü istehsalçısı olan İlqar Həsənov da məhsuldarlığın aşağı olmasını havaların yazda qeyri-sabit, yağıntılı keçməsi ilə bağlı olduğunu söyləyir. Bir pətəkdən 25-30 kiloqram, hətta bir qədər də çox bal istehsal etdikləri halda, indi bu rəqəm dəfələrlə azdır. “May balı”ndan isə söhbət gedə bilməz...
“Ümumiyyətlə, bal süzümünün vaxtı ilə görə dəyişir. Qazax rayonu dağətəyi olduğuna görə “may balı” nadir hallarda olur. 2020-ci ildən sonra “may balı” süzməmişəm. Bu il demək olar ki, son 10 ildə ən zəif ildir. Ümumiyyətlə, respublikanın hər yerində belədir. Bəzi arıçılarla əlaqə saxlamışam, hər yerdə vəziyyət bu cürdür. Məhsulun üçdəbiri, hətta ondabiri qədər balın olduğunu deyən arıçılar var. Mən az da olsa süzüm etdim. Arıçı arı ailələrini vaxtında gücləndirməlidir. Güclü arı ailələrindən hər il az da olsa bal götürülür. O ki qaldı qiymətlərə, yeni süzdüyümüz balda qiymət artımı etməmişik. Amma çox güman ki, qiymət artımı olacaq. Çünki məhsuldarlıq bu il çox aşağıdır”, – arıçı İlqar Həsənov deyib.
Qeyd edək ki, balın kiloqramının qiyməti 25-30 manat civarındadır. Balın az olması bir çox xəstəliklərin yaranmasına da gətirib çıxarır. Ona görə də bal süzümündən dərhal sonra qış ehtiyatı azdırsa, arı ailələri yemlənməli və dərmanlarla profilaktik tədbirlər görülməlidir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 15 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























