“Veysəloğlu” gender bərabəriliyini dəstəklədiyinə görə BMT-nin İnkişaf Proqramının sertifikatına layiq görüldü
(®) Şirkətlər Qrupu BMT ilə həmrəylik göstərərək qadınların əmək bazarında, iş yerlərində, cəmiyyətdə səlahiyyətlərini genişləndirmək ilə bağlı öhdəlik götürüb
Veysəloğlu Şirkətlər Qrupu peşəkar həyatda bərabərliyi dəstəkləmək məqsədilə BMT-nin “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin artırılması” layihəsində iştirak edir.
Şirkətlər Qrupunun təmsilçisi BMT-nin Qadınlar Təşkilatı və BMT-nin İnkişaf Proqramının ekspertlərinin iştirakı ilə Azərbaycanda Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərini imzalayan şirkətlər üçün təşkil edilən təlimdə iştirak edib. 20-yə qədər özəl şirkət nümayəndələrinin iştirak etdiyi praktiki təlimdə Azərbaycanda özəl şirkətlər tərəfindən daha çox qəbul edilən prinsiplər haqqında müzakirələr aparılıb.
Tədbirdə Şirkətlər Qrupuna bu istiqamətdə təşəbbüskarlığına görə sertifikat təqdim edilib.
"Qadınların Səlahiyyətləndirilməsi Prinsipləri əsas Dayanıqlı İnkişaf Məqsələrindən olan gender bərabərliyinə nail olmaq üçün korporativ səviyyədə nümayiş etdirilə biləcək ən böyük dəstəyi ifadə edir. Bu prinsipləri qəbul edən özəl müəssisələr qadınları səlahiyyətləndirən təcrübələri inkişaf etdirərək "Gündəlik 2030"a öz töhfələrini verirlər,” - BMT-nin İnkişaf Proqramının proqram direktoru Leyla Fəthi deyib.
“Şirkətlər Qrupu olaraq gender bərabərliyi mövzusunda Birləşmiş Millətlər Təşkilatı ilə həmrəylik nümayiş etdirir və inanırıq ki, qadınların dəstəklənməsi nəinki qadınlar, həm də biznes, iqtisadiyyat və cəmiyyət üçün zəruridir.”,- deyə Şirkətlər Qrupunun PR və Kommunikasiyalar departamentinin rəhbəri Jalə Əzizova qeyd edib.
Veysəloğlu Şirkətlər Qrupunun qadın fermerlərə dəstəyi, Qrupa daxil olan OBA market tərəfindən həyata keçirilən “Qadının Gücü” kimi sosial təşəbbüsləri gender bərabərliyini və qadınların iş yerində, əmək bazarında və cəmiyyətdə səlahiyyətləndirilməsini təşviq etmək məqsədi ilə həyata keçirdiyi sosial layihələrdir. Şirkətlər Qrupu əhalinin həssas qrupları və qadınların işlə təmin edilməsi istiqamətində layihələrə xüsusi önəm verir, hər il yeni iş yerləri açaraq yüzlərlə qadının işlə təmin olunmasında müstəsna rol oynayır.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
-
55 d. əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
1 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
11 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
























