Azərbaycan polisinin yeni sözcüsü o oldu
DİN-in Mətbuat xidmətinə müvəqqəti rəis təyin olunubDaxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsini Elşad Hacıyev icra edəcək.
Məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.
Qeyd edək ki, Elşad Hacıyev 2020-ci ildən DİN Mətbuat xidmətinin şöbə rəisi vəzifəsini tutur. O, daha əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri olub.
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov təqaüdə göndərilib.Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Nazirin əmri ilə E.Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifədən azad edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 17 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
5 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
























