Rusiyada Dollar və Avro kəskin bahalaşdı
Rusiya bankları dolları 90 rubldan yuxarı satmağa başlayıb.Rusiyanın böyük bankları xarici valyuta almaq istəyənlər üçün məzənnəni kəskin qaldırıblar.
Marja.az xəbər verir ki, onların bir çoxunda dollar 90 rublu, avro 100 rublu keçib.
"Rosbank" ən yüksək tarifləri təklif edir: Amerika valyutasını 105 rubla, Avronu isə 115 rubla satır.
Eyni zamanda, “Qazprombank”da dolları 97,3 rubla, avronu 104,3 rubla, “Rosselxozbank”da isə müvafiq olaraq 94,55 və 103,9 rubla almaq mümkündür. "Alfa Bank" Dolları 96 rubla, Avronu 106 rubla, "Unicreditbank" isə 95,05 və 102,74 rubla almağı təklif edir.
"Dolların rubla nisbətdə artması üçün heç bir obyektiv əsas yoxdur, valyuta bazarı tezliklə sakitləşəcək", - Dövlət Dumasının maliyyə bazarları üzrə komitəsinin rəhbəri Anatoli Aksakov ayrı-ayrı bankların məzənnələri artırmasını bizə şərh edib.
"Belə bir vəziyyətdə pul qazanmaq üçün valyutanı satmaq daha sərfəlidir", deyə deputat qeyd edib.
Eyni zamanda o qeyd edib ki, məzənnənin artması fonunda hazırda xarici valyuta almaq sərfəli deyil.
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək, üsyan edənlər zərərsizləşdiriləcək.
"Vaqner"in rəhbəri Putinin müraciətinə cavab verdi: "Heç kim təslim olmayacaq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























