Azərbaycanın investisiya şirkəti 2 ay müddətində komissiyanı ləğv etdiyini açıqladı
Daha çox hüquqi şəxsin Mərkəzi Bankın notlarına sərmayə yatırmasına nail olmaq üçün "İnvest-Az İnvestisiya Şirkəti" iki ay müddətində bu alət üzrə göstərdiyi xidmətlərə görə komissiya almayacaqdır.
Marja.az xəbər verir ki, bunu "İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin Təsisçisi, Müşahidə Şurasının Sədri Elşən Quliyev Şirkətin ofisində keçirilmiş “Yeni yatırımlarla birgə inkişaf edək” adlı xüsusi tədbirdə çıxışı zamanı bildirib.
"İnvestisiya şirkətləri arasında ilk dəfə biz, yaxın iki ay ərzində tamamilə komissiyanı ortadan qaldırırıq. Biz bu barədə öz qərarımızı burada bəyan edirik. Azərbaycanın şirkətlərini gəlirli və likvid investisiya alət olan Mərkəzi Bankın notlarından istifadə etməyə çağırırıq. Notların bank depozitlərindən ən böyük fərqi likvid olmasıdır. Bu alətə investisiya etmək üçün hər hansı bir investisiya şirkətində hesabınızın olması yetərlidir. Biz bu istiqamətdə öz müştrilərimizə xidmətlər göstəririk və sizləri də əməkdaşlığa dəvət edirik",- Elşən Quliyev deyib.
Elşən Quliyev qeyd edib ki, Mərkəzi Bankın təşəbbüsü ilə 2023-cü ilin aprel ayından başlayaraq Mərkəzi Bankın emissiya etdiyi notların müəyyən parametrlərə uyğun gələn hüquqi şəxslərə satışına ilk dəfə icazə verilib: "Şirkətimiz bu təşəbbüsü yüksək həvəslə dəstəkləyir və bununla da investor bazasının genişləndirilməsi ideyasını inkişaf etdirmək istəyir. Bu yeni imkan Mərkəzi Bankın likvidliyin effektiv idarə olunmasında rolunu artırmaqla yanaşı, hüquqi şəxslərə də yeni investisiya alətlərinə yatırım fürsətləri təqdim etməkdədir".
Elşən Quliyev, "Mərkəzi Bankın notlarını qısamüddətli depozit kimi nəzərdə tuta bilərsiniz" deyərək çıxışına belə davam edib: "Azərbaycan manatı ilə Mərkəzi Bankın notlarına yatırılan hər bir investisiya çox likviddir, onu qısa müddətdə geri götürmək mümkündür. Həmçinin Mərkəzi Bankın notları çox yüksək gəlirli investisiya alətidir".
Həmçinin oxu
"İnvest-AZ"da xüsusi tədbir keçirildi - FOTOLARMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























