Ziraat Bank Azərbaycan Fintex sammiti 2023-ün tərəfdaşı və iştirakçısı olub
(®) 13 və 14 İyun tarixlərində "Bank və Maliyyə Ekosistemində yeni trendlər, innovativ həllər, Fintech və təhlükəsizlik" mövzusunda FINTEX SAMMİTİ 2023 - MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ tədbiri baş tutub.
Tədbirin açılışında Türkiyə Banklar Birliyinin sədri və “Ziraat Bank Azərbaycan” ASC-in səhmdarı olan ‘’T.C. Ziraat Bankası’’ A.Ş-in İdarə Heyətinin sədri cənab Alpaslan Çakar da məruzəçi qismində çıxış edib. Alpaslan Çakar məruzəsində maliyyə texnologiyalarının inkişafı, rəqəmsallaşma, süni intellektin maliyyə sektoruna təsiri, elektron ticarətin imkanları haqqında danışıb. Müasir maliyyə ekosistemində müştərilərin istifadə asanlığına, sürətə və fərdi məhsul təkliflərinə daha çox üstünlük verdiklərini qeyd edərək, bu istəklərin transformasiya ilə yanaşı, məlumatların öyrənilməsi, analitik nəticələrin doğru şəkildə istifadəsi və süni zəka texnologiyalarının dəstəyi ilə qarşılana biləcəyini, bununla da müştərilərə daha yüksək dəyər daşıyan məhsul və xidmətlərin təklifi ilə nəticələnəcəyini Alpaslan Çakar öz çıxışında vurğuladı.
Türkiyə Banklar Birliyinin sədri öz məruzəsində həmçinin rəqəmsal kanallardan istifadə zamanı yarana biləcək istənilən təhlükəsizlik problemlərindən Bankların xəbərdar olmalı olduğunu və kiber təhlükəsizlik təhdidləri, fişinq hücumları kimi təhlükəsizlik zəifliklərinin qarşısını almaq üçün gördükləri ciddi tədbirlərin davam etdirilməsinin önəmliliyini bildirdi. Alpaslan Çakar öz çıxışında həmçinin yeni nəsil startapların sərmayələşdirilməsi və bu sahədə ixtisaslı kadrların yetişdirilməsinin əhəmiyyətini də vurğuladı.
Tədbirin açılışında Alpaslan Çakar ilə yanaşı Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Fərid Osmanov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov və VISA şirkətinin Azərbaycan, Mərkəzi Asiya, MDB və Cənubi-Şərqi Avropa üzrə regional meneceri, Vitse-prezidenti Kristina Doros çıxış ediblər.
Qeyd edək ki, tədbir Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Fintex Assosiasiyasının, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və VISA şirkətinin qlobal tərəfdaşlığı ilə keçirilib.
“Ziraat Bank Azərbaycan” ASC, ölkəmizdə təşkil olunan bu nüfuzlu maliyyə və bankçılıq tədbirinin iştirakçısı və sponsorlarından biri olduğu ilə əlaqədar Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşəkkürnamə ilə təltif edildi.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
- 12 d. əvvəl
- 37 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
-
1 saat əvvəl
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
-
1 saat əvvəl
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
Yaponya iqtisadiyyatı cüzi artıb
Azərbaycan şirkətlərinin iştirakı ilə Avropa ölkəsində 500 meqavatlıq elektrik enerjisi stansiyası tikiləcək
Qlobal elektromobil satışı yanvarda azalıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
"Əminəm ki, biz Azərbaycana çox məhsullar təqdim edə bilərik"






















