“Azərpoçt” və Təhsil Tələbə Krediti Fondu anlaşdı
“Azərpoçt” MMC və Təhsil Tələbə Krediti Fondu arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
14 iyun 2023-cü il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu “Azərpoçt” MMC və Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
İmzalanma mərasimində “Azərpoçt” MMC-nin və Təhsil Tələbə Kredit Fondunun İdarə heyətinin sədrləri və rəhbər şəxsləri iştirak ediblər.
“Azərpoçt” MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilov bildirib ki, milli poçt operatoru artıq son iki ildir ki, bütün sahələrdə yenilənmə istiqamətini əsas tutur. Belə ki, transformasiya proseslərinə gedən qurum üçün insan resurslarının inkişafı, eləcə də bölgələrdə savadlı mütəxəssislərin işə cəlb olunması və bununla da əmək bazarında kadrların müvafiq iş yerləri ilə təmin edilməsi baxımından bu memorandum mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev Fondun fəaliyyət istiqamətləri, tələbələrə göstərilən dəstək barədə məlumat verib və bu memorandumun əmək bazarına verəcəyi töhfədən söz açıb.
Qeyd edək ki, memorandum Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə Fondun, Cəmiyyətin Nizamnaməsinə uyğun olaraq qarşılıqlı təcrübə mübadiləsi, sosial cəhətdən həssas ailələrdən olan tələbələrin təhsilə əlçatanlığının təmin edilməsi, təhsil tələbə kreditlərindən yararlanmış namizədlərin poçt, telekommunikasiya və digər əlaqəli ixtisaslara uyğun peşələrə yönləndirilməsi və işlə təmin olunması, bu xüsusda birgə proqramların təşkili və birgə fəaliyyət göstərməklə müştərək layihələrin icra edilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı tənzimləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 d. əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 14 d. əvvəl
-
-
18 d. əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 20 d. əvvəl
-
24 d. əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
32 d. əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
-
35 d. əvvəl
Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
-
48 d. əvvəl
Azərbaycanın iqtisadiyyat naziri “Trendyol Group”un prezidenti ilə görüşüb
-
1 saat əvvəl
"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - uçotada olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
Ən çox oxunanlar

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb

"Ödənişli hərəkət zonalarında məqsəd şəxsi avtomobillərin şəhər mərkəzinə həddindən artıq daxil olmasının qarşısını almaqdır"

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb
