“Yaş baramanın alış qiyməti artırılarsa, bu sahəyə maraq daha çox olar”

Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 8 ton artırılaraq, 31 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirmək üçün 200-dən çox kümçü ilə müqavilə bağlanılıb və onlara rayondakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiya olunmuş 760 qutu, yəni 14 kiloqram 440 qram ipəkqurdu paylanılıb. Hazırda ailə təsərrüfatlarında ipəkqurdunun yemlənməsi prosesi yekunlaşmaq üzrədir.
Rayonun Mazıx kəndində kümçü İlham Bağırovun ailə təsərrüfatında olub, ipəkqurdunun yemlənməsi prosesini izləyib.
Ailə ikinci ildir ki, baramaçılıqla məşğuldur. Ötən il Bağırovlar ailəsi 35 qram ipəkqurdu bəsləyib, 130 kiloqram yaş barama istehsal edib. Ailə qısa müddətdə baramaçılıqdan 1400 manatdan çox gəlir qazanıb. Kümçü ailəsi cari mövsümdə ötən ildəkindən 3 dəfəyədək çox, yəni 110 qram ipəkqurdu bəsləyir. İpəkqurdunun yemlənməsi prosesində ona kənd sakini Hidayət də yaxından kömək edir. Təsərrüfat sahibi ipəkqurdunun bəslənməsi üçün yardımçı tikilidə xüsusi yer ayırıb, rəflər quraşdırıb. Kümçü ailəsi ipəkqurdunun yemlənməsi üçün lazım olan tut yarpağını həyətlərindəki, həmçinin kənd ərazisindəki tut ağaclarından tədarük edir.
“Əziyyəti çox olsa da, baramaçılıq sərfəli və gəlirli sahədir. Gərək ipəkqurdunun yemlənməsi prosesinə və kümxanada temperatur rejiminə düzgün əməl edəsən. Bu il azından 300-350 kiloqram yaş barama istehsal etməyi qarşımıza məqsəd qoymuşuq. Bir həftədən sonra baramamız hazır olacaq. Hər şey istədiyimiz kimi olsa, bu il ailəmizin büdcəsinə daha çox vəsait daxil olacaq”, - deyə İlham Bağırov vurğulayıb.
Kümçü söhbət əsnasında bildirib ki, yaş baramanın alış qiyməti bir-iki manat da artırılarsa, kənd adamlarının bu sahəyə marağı daha da artar.
Qeyd edək ki, ötən il olduğu kimi, builki mövsümdə də istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Təsərrüfatda olarkən kəndin ərazi icra nümayəndəsi Nüşabə Məmmədova ilə qarşılaşırıq. Nümayəndənin sözlərinə görə, ötən il kənddə 4 kümçü ailəsi ipəkqurdunun bəslənməsi ilə məşğul olub, onlara 228 qram ipəkqurdu toxumu verilib, 578 kiloqram yaş barama istehsal edilib. Bir ay müddətində kümçü ailələri baramaçılıqdan, ümumilikdə, 6 min manatdan çox gəlir götürüblər. Builki mövsümdə isə kənd üzrə 9 kümçüyə 205 qram ipəkqurdu paylanılıb. Cari mövsümdə yaş barama istehsalının 600 kiloqramdan çox olacağı gözlənilir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
