ABB səhmdarların növbəti ümumi yığıncağı qiyabi səsvermə qaydasında keçiriləcək
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (“ABB” ASC) idarə heyəti bildirir ki, 2023-cü il mayın 30-da keçirilməsi planlaşdırılan səhmdarların növbəti ümumi yığıncağı 3 iyul 2023-cü il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 6 nömrəli ünvanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10- 3.2-ci maddəsinə və “ABB” ASC-nin nizamnaməsinin 8.10-cu maddəsinə əsasən qiyabi səsvermə qaydasında keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyində heç bir dəyişiklik edilməmişdir.
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-3.2-ci maddəsini və “ABB” ASC-nin nizamnaməsinin 8.10-cu bəndini nəzərə alaraq qeyd edilib ki, ümumi yığıncağın gündəliyindəki məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imzanız qanunvericilikdə müəyyən olunmuş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə sizə ünvanlanmış bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 6 nömrəli ünvana 2023-cü il iyulun 3-dək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılışı ümumi yığıncağın keçirildiyi gün bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir",- ABB-nin bildirişində deyilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi























