Qızıl daha da ucuzlaşa bilər - GÜNƏ BAXIŞ
ABŞ-da birjalar Anım Günü münasibətilə bazar ertəsi qapalı idi.ABŞ-da birjalar Anım Günü münasibətilə bazar ertəsi qapalı idi.
Bu səbəbdən də ötən həftənin sonu ABŞ-da borc limitinə dair müzakirələrdə prinsip razılaşmasına nail olunması xəbərinə birjaların reaksiyası məhdud oldu.
Prezident Bayden və Respublikaçılar Nümayəndələr Palatasının spikeri Kevin MakKarti tərəfindən həftə sonu uzun sürən siyasi çəkişmələrdən sonra əldə olunan borc limiti razılaşmasına əsasən borc tavanı 2025-ci ilə qədər qaldıracaq və növbəti iki il üçün qeyri-müdafiə xərclərini məhdudlaşdıracaq.
Həm Bayden, həm də MakKarti sövdələşmənin kompromis məhsulu olduğunu desələr də, müqavilənin şərtləri artıq müvafiq partiyalarının bəzi üzvlərinin reaksiyasına səbəb olub.
Sərt mühafizəkar Respublikaçılardan ibarət Azadlıq Qrupu razılaşmanı bir sıra əsas xərclərin azaldılmasının daxil edilməməsinə görə tənqid etdi. Solçu Demokratlar Baydeni bir çox əsas məsələlərdə güzəştə getdiyinə görə tənqid etdilər.
Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının və Demokratların nəzarətində olan Senatın bu həftə razılaşmaya səs verəcəyi gözlənilir. Zaman isə, Xəzinədarlıq Departamentinin federal hökumətin bütün borclarını ödəmək üçün pulunun tükənəcəyini gözlədiyi 5 iyuna doğru irəliləməyə davam edir. Əgər Senat vaxtında və çevik davranmasıa, prinsip razılaşmasının heç bir əhəmiyyəti qalmayacaq.
Bu gün isə Amerikada açıqlanacaq “Conference Board” (CB) İstehlakçı İnam İndeksi göstəricisi investorların diqqət mərkəzində olacaq.
Yüksələn dollar indeksi fonunda qızıl ucuzlaşmaqda davam edir. Lakin qızılın 4 saatlıq qrafikinə nəzər yetirdikdə, eniş tendensiyasının divergensiya ilə müşahidə edildiyini görərik. Bu səbəbdən də satış əməliyyatları zamanı ehtiyyatlı olmaq tövsiyyə olunur. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 1927$-ın altına düşsə, eniş tendensiyası 1900$ və 1880$-a kimi ucuzlaşa bilər.
Məlumat İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
-
33 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 52 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər





















