Video oyunlarda yeni süni intellekt texnologiyası - Personaj oyunçu ilə danışa biləcək
ABŞ-ın texnologiya şirkəti Nvidia oyun dünyasının gedişatını dəyişdirəcək yeni süni intellekt texnologiyası hazırlayıb. Video oyunlarına süni intellekt dəstəyi gətirən şirkətin yeni texnologiyası Nvidia Ace ilə oyun zamanı mətnləri səsə, səsləri də mimikalar və jestlər çevirməyi bacarıb. Beləliklə, oyundakı personajlar əsl insan hissi verəcəkdir.
Süni intellekt oyun dünyasını yenidən dizayn edir.
Marja.az xəbər verir ki, ABŞ-ın çip istehsalçısı Nvidia, oyunlarda yeni dövrü başladacaq süni intellekt texnologiyasını inkişaf etdirib.
İnkişaf etdirdiyi süni intellekt Nvidia Ace ilə texnologiya nəhəngi video oyunlarında mətnləri səsə və səsləri də mimikalar və jestlərə çevirməyi bacarıb. Bu texnologiya istənilən oyun zamanı istənilən personaja əsl insan hissi verməsini təmin edir.
NPC-lər (video oyununda oyunçu tərəfindən idarə olunmayan xarakter (personaj) Nvidia Ace texnologiyası sayəsində oyunçularla real vaxt rejimində və heç bir məhdudiyyət olmadan danışa biləcək.
Nvidia-nın yeni texnologiyası şirkətin keçmişdə dizayn etdiyi süni intellektə fokuslanmış texnologiyalarının nəticəsidir. ChatGPT kimi süni intellekt ilk olaraq mətnlərin yaradılmasına imkan verəcək. Bu mətnlər əvvəlcə NVIDIA tərəfindən yaradılmış süni intellekt alqoritmləri ilə audioya çevriləcək. Bu səs həmçinin Nvidia-nın başqa bir süni intellekt texnologiyası ilə jest və mimika olaraq çevriləcək. Bütün bu transformasiyanın sonunda hər hansı bir oyundakı hər hansı bir personaj istənilən vaxt oyunçular ilə ünsiyyətdə olacaq və danışan real insan hissini verəcəklər.
Bütün bu texnologiyalar süni intellekt dövründə video oyun dünyasının necə dəyişəcəyini açıq şəkildə ortaya qoyur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 24 d. əvvəl
- 27 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
