AQTA şirniyyat sexinin fəaliyyətini məhdudlaşdırdı
Ağstafada fəaliyyət göstərən şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə "Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.
Bildirilib ki, tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 25 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov Rəhim Həsənəli oğluna məxsus şirniyyat sexində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.
Belə ki, istehsal zamanı məhsullarda etiketlənmənin həyata keçirilmədiyi, xammal və hazır məhsulun saxlanması və daşınması zamanı mal qonşuluğu və temperatur rejiminə riayət olunmadığı, məhsulların təhlükəsizlik göstəricilərinin mütəmadi yoxlanılmadığı, sanitariya qaydalarına riayət edilmədiyi, işçilərin mütəmadi olaraq tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.
Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
10 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
10 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















