“Azerçay” tərəfindən KİV nümayəndələrinin çay plantasiyalarına media-turu təşkil edilib

(®) “Azerçay” çay yığım mövsümünün başlaması ilə əlaqədar Masallı rayonunda becərilən çay plantasiyalarına media-tur təşkil edib.
KİV nümayəndələri Masallı rayonunun dəniz səviyyəsindən 800 metr yüksəklikdə salınan çay plantasiyalarında mövsümün ilk məhsul yığımını əyani şəkildə müşahidə ediblər. Burada media nümayəndələrinə mütəxəssislər tərəfindən çayın becərilməsi və yığımı ilə əlaqədar məlumatlar verilib. Belə ki, çay yığımı əsasən 100 hektarlıq ərazini əhatə edən və müasir suvarma avadanlıqları ilə təchiz edilmiş çay plantasiyasında aparılır.
Həmçinin burada mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanması üçün bütün lazımı aqrotexniki qulluğun da göstərildiyi vurğulanıb. Eləcə də bu il 1-ci məhsul yığımından 15 ton məhsul yığılacağı gözlənilir.
Qeyd edək ki, çayçılığın inkişaf etdirilməsi, həm də regionlarda kənd təssərrüfatının inkişafına, torpaq sahələrinin yenidən istifadəsinə, insanları yenidən bu sahəyə cəlb edərək maddi imkanlarının yaxşılaşdırılmasına və minlərlə iş yerlərinin açılmasına şərait yaradıb. Ölkə başçısı tərəfindən imzalanmış “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq “Azərsun Holdinq” bölgələrdə yeni çay sahələri salıb, müasir suvarmalarla təmin edib.
Bundan əlavə, Lənkəran və Astarada fabriklərin fəaliyyət göstərməsini təmin edən Şirkətlər Qrupu, “Azerçay” markası üçün çay əkinçiliyi ilə məşğul olan fermerlərdən çayı yüksək qiymətə satın alaraq onların fəaliyyətinə öz dəstəyini verir. Ümumilikdə 4 min insanın məşğulluğunun təmin edilməsi ilə yetişdirilən çay bitkisi fabriklər tərəfindən təhvil alınır ki, nəticədə insanların sosial-rifah halının yüksəldilməsinə mühim dəstək verilir. İnsanların əsas gəlir mənbəyi sayılan çayçılığın inkişafı onlar üçün əlavə motivasiya qaynağı olaraq qalır. Çünki, illərlə çalışdıqları, əmək verdikləri bu sahədə göstərilən qayğı onların gələcəyə nikbin addımlarla irəliləyəcəylərinin bariz göstəricisidir.
Ölkəmizin ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək yerli bazarla yanaşı dünya bazarına da təqdim edən Doğma Çay “Azerçay” Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır. Çay markası "Made in Azerbaijan" yazısını üzərində daşıyan çay məhsullarını beynəlxalq sərgilərdə nümayiş etdirir və Azərbaycanın çayının dünyada tanıdılması ilə qürur duyur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
