Dollar indeksində artım tendensiyası davam edir
ABŞ-da borc limiti ilə bağlı müzakirələr davam edərkən, razılaşma əldə olunacağına dair gözləntilərin artması fonunda dollar indeksində artım tendensiyası davam edir.
Bazarlarda diqqət borc limiti danışıqlarına yönəldiyi bir şəraitdə ABŞ Nümayəndələr Palatasının sədri Kevin MakKarti danışıqlarda bu həftə sonu prinsipial razılaşma əldə edilə biləcəyini və məsələnin gələn həftə Nümayəndələr Palatasında səsə qoyula biləcəyini bildirib.
Senat Çoxluqların lideri Demokrat Çak Şumer də borc limiti ilə bağlı danışıqlarda irəliləyiş olduğunu ifadə edərək, Senatın Nümayəndələr Palatasından dərhal sonra borc limiti ilə bağlı hərəkətə keçəcəyini qeyd edib.
Pul-kredit siyasəti cəbhəsində FED rəsmilərinin açıqlamaları birjalar yön verməyə davam edir. Dallas FED sədri Lori Loqan isə cari məlumatların iyun ayında faiz artımının dayandırılmasının məqsədəuyğun olmadığını ifadə edib.
İnflyasiyanın çox yüksək olduğunu və qiymət sabitliyinin bərpasının çox vacib olduğunu vurğulayan Loqan, FED-in inflyasiya ilə bağlı hələ lazımi irəliləyiş əldə etmədiyini bildirib. Loqan inflyasiyanın kifayət qədər sürətlə aşağı düşüb-düşməməsindən hələ də narahat olduğunu vurğulayıb.
St. Luiz FED sədri Ceyms Bullard da inflyasiyadan “sığorta” olaraq faiz dərəcələrinin daha da artırılmasını dəstəklədiyini qeyd edib.
Makroiqtisadi məlumatlara gəldikdə isə, ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı ötən həftə proqnozlaşdırılandan daha çox azalaraq 242 minə düşüb.
“Philadelphia Fed Manufacturing Index” may ayında mənfi 10.4 bəndilə ehtimalların üzərində açıqlansa da, sektorda daralmanın davam etdiyini göstərdi.
Ölkədə ikinci əl ev satışları da aprel ayında aylıq müqayisədə 3.4% azalaraq gözləntilərin altında qaldı.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
-
33 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 52 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər






















