Naxçıvan Beynəlxalq Hava Limanı "Aeroport Taksi” büdcə ödəmələrindən yayınıb
Naxçıvan Beynəlxalq Hava Limanında ölkə prezidentinin fərmanı düzgün tətbiq edilməyib.
Bu qənaətə Hesablama Palatası hava limanında apardığı yoxlamalardan sonra gəlib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06.09.1997-ci il tarixli 629 nömrəli Fərmanının tələbinə əməl edilməyərək dövlət əmlakının icarəyə verilməsində dövr ərzində 59.615 manat vəsaitin 50%-i, yəni 29.807 manat vəsait dövlət büdcəsinə ödənilməyib, eynilə "Aeroport Taksi” MMC ilə də Fərmanının tələblərinə əməl edilməyərək dövlət əmlakının icarəyə verilməsindən dövr ərzində 36.400 manat icarə haqqının 50%-i, yəni 18.200 manat məbləğində vəsait dövlət büdcəsinə ödənilməyib.
Palatanın hesabatında həmçinin bildirilib ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlət büdcəsinə ödənilməli olan vergi başqa quruma ödənilib.
Bu, Hesablama Palatasının hava limanında apardığı yoxlamalardan sonra məlum olub. Belə ki, Hava Limanı tərəfindən 2021-2022-ci illərdə alınmış idxal malları üzrə büdcəyə ödənilməli olan 116 300 manat məbləğində əlavə dəyər vergisi dövlət büdcəsinə deyil, Naxçıvan MR-nın İnkişafı və Müdafiəsi Fonduna köçürülüb.
Eyni zamanda audit əhatə etdiyi dövrdə satınalmaların keçirilməsində malsatan və podratçıların iştirakı zamanı onların azad rəqabət hüququnun qorunması, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməsi və dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq prinsiplərinə Hava Limanı tərəfindən əməl edilməyib. Hava Limanın 2021-ci ildə 92 hüquqi və fiziki şəxslərlə və 2022-ci ildə 91 hüquqi və fiziki şəxslərlə dövlət satınalma metodu tətbiq edilmədən birbaşa müqavilə bağlanılaraq həyata keçirilib ki, bu da Hava Limanının xərclərinin 36%-nı təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək





















