Avropa bankı Azərbaycanda inflyasiyanın mülayimləşəcəyini gözləyir
Bank Azərbaycanda artımın 2023-cü ildə 2,5 faiz olacağını proqnozlaşdırırAvropa Yenidənqurma və İnkişaf Bankının son Regional İqtisadi Perspektivlər proqnozunda qeyd edilir ki, Azərbaycan son iki ildə post-COVID dövründə güclü bərpa prosesi və yüksək karbohidrogen gəlirləri hesabına ciddi iqtisadi inkişafa nail olmuşdur. 2022-ci ildə qeyri-neft və qaz sektorunda 9 faiz olmaqla, istehsal həcmi 4,6 faiz artmışdır.
İqtisadiyyat iri həcmdə xarici valyutanın daxil olması, habelə yüksək neft və qaz qiymətlərinin ixrac gəlirlərini artırmasının müsbət təsirlərini görmüşdür. Həmçinin, əksəriyyəti Azərbaycan əsilli olmaqla, əsasən Rusiya Federasiyası vətəndaşları tərəfindən həyata keçirilən pul köçürmələri 6 dəfə artmışdır.
2023-cü ilin birinci rübündə neft-qaz sektorunda iqtisadi artım 4 faizədək düşüb, nəticədə iqtisadi artım 0,4 faizə qədər geriləyib. İnflyasiya tədricən normallaşsa da, 13,8 faiz səviyyəsində yüksək göstərici qeydə alınmaqdadır.
Ölkənin mərkəzi bankı tərəfindən sərt monetar siyasətin həyata keçirilməsi, eləcə də iqtisadiyyatın artım sürətinin zəifləməsi ilə əlaqədar inflyasiyanın mülayimləşəcəyi gözlənilir. AYİB Azərbaycanda artımın 2023-cü ildə orta səviyyədə 2,5 faiz, 2024-cü ildə isə 2,7 faiz olacağını proqnozlaşdırır.
AYİB Azərbaycan üzrə bu ilin fevral proqnozunda hər hansı dəyişiklik etməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















