"Meqa Sığorta" Qrupunun rəhbərliyində yeni təyinatlar
Uğur İbrahimli “Meqa Sığorta” şirkətinin sədri, Emil Ağamaliyev isə “Meqa Həyat Sığorta” şirkətinin sədri təyin edilib8 may 2023-cü il tarixində “Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC-nin Direktorlar Şurasının yığıncağı keçirilib.
Şirkətin yeni strateji inkişaf planlarına uyğun olaraq iclasda qəbul edilən qərara əsasən “Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətində dəyişikliklər edilib.
Uğur İbrahimli “Meqa Sığorta” ASC-nin İdarə Heyətinin sədri, Emil Ağamaliyev isə “Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifələrinə təyin edilib.
Uğur İbrahimli 15 ildən artıqdır ki, sığorta sektorunda çalışır. 2006-2014-cü illərdə Atəşgah sığorta şirkətində anderraytinq və təkrarsığorta üzrə müxtəlif vəzifələrdə, 2015-2021-ci illərdə “Meqa Sığorta” ASC-də İdarə Heyətinin sədr müavini, 2021-ci ildən son təyinatına qədər “Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifələrini icra edib. Xaricdə Təhsil Dövlət Proqramı ilə İngiltərənin Bayes Biznes Məktəbində “Sığorta və Risklərin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi alıb, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar İnstitutunun doktorantı, Böyük Britaniya Sığorta İnstitutunun (Chartered Insurance Institute - CII) ACII diplomlu üzvü və Azərbaycan üzrə xoşməramlı səfiridir.
Emil Ağamaliyev 2010-cu ildən sığorta sektorunda fəaliyyət göstərir. 2010-2021-ci illərdə “Meqa Sığorta” ASC-də anderraytinq və aktuariat üzrə müxtəlif vəzifələrdə, 2021-2023-cü illərdə “Meqa Həyat Sığorta” ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat və Menecment ixtisasının bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Amerika Aktuarilər Assosiasiyasının (SOA) proqramına uyğun təşkil olunmuş aktuari kurslarını bitirdikdən sonra məsul aktuari kimi fəaliyyət göstərib. Əsas ixtisaslaşma sahəsi proqramlaşdırma, aktuariat, risklərin qiymətləndirilməsi və lahiyələrin idarə olunmasıdır.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən, “Meqa Həyat Sığorta” ASC isə 2021-ci ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























