FED-in qərarından sonra dollar ucuzlaşır - GÜNƏ BAXIŞ
FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) iki gündür davam edən iclasının pul-kredit siyasəti qərarlarından sonra dollar indeksi kəskin ucuzlaşır.
Gözləntilərə uyğun olaraq, FED siyasət faizini 25 bənd artıraraq 5-5.25% aralığına çatdırdı ki, bu da son 16 ilin ən yüksək səviyyəsidir. Ötən ilin mart ayından etibarən 10-cu faiz artımını həyata keçirən Bank, uçot dərəcəsini bu müddət ərzindı ümumilikdı 500 baza bəndi artırıb.
Bankdan verilən açıqlamada iqtisadiyyatda birinci rübdə "mülayim artım" qeydə alındığına diqqət çəkilərək, son aylarda iş yerlərində artımların güclü olduğu, işsizlik səviyyəsinin aşağı səviyyədə qaldığı və inflyasiyanın yüksək olaraq qalmaqda davam etdiyi bildirilib.
FED sədri Jerome Pavel, faiz qərarından sonra təşkil etdiyi mətbuat konfransında bu gün faiz artımlarının dayandırılması ilə bağlı qərar qəbul etmədiklərini ifadə edərək, faiz artımlarının dayandırılıb-dayanmayacağının iyun toplantısında müzakirə ediləcəyini bildirib.
Bank sektorunda baş verən son hadisələrə toxunan Pavel, mart ayının əvvəlindən sektordakı şərtlərin xeyli yaxşılaşdığını, ABŞ bank sisteminin möhkəm və dayanıqlı olduğunu bildirib.
Digər tərəfdən, makroiqtisadi məlumatlar gündəmi də təqib edilərkən, ABŞ-da özəl sektorda məşğulluğu aprel ayında bazar gözləntilərinin üzərində - 296 min nəfər artdı.
Ölkədə Satınalmaların İdarə Edilməsi İnstitutunun (ISM) qeyri-istehsal indeksi də aprel ayında proqnozların üərində aylıq 0.7 bənd artaraq 51.9 bəndə çatıb.
Bu gün isə Avropa Mərkəzi Bankının faiz qərarı və sədr Kristin Laqardın açıqlamaları birjalarda volatilliyi bir qədər də artıra bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 25 d. əvvəl
-
-
34 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 53 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər






















