Su qıtlığı ilə əlaqədar kartof əkininə tez başlanılıb
"Sevinc" və "Telman", yoxsa "Kolombo" və "Anna Koroleva"
Tovuzda cari ilin məhsulu üçün kartof əkininə başlanılmış və son məlumata görə, 3300 hektarda kartof əkilmişdir. Əkində, əsasən, yerli və xarici kartof toxumlarından istifadə olunur. Yerli sortlardan "Əmiri-600", "Sevinc", "Telman", xarici sortlardan isə "Alegriya", "Melodi", "Orkestra", "Kolombo", "Silvanna", "Anna Koroleva", "Celli" sortlarına üstünlük verilir. Tovuzda kartofçuluqla məşğul olan çoxlu sayda fermer təsərrüfatları var. Onlar kartofun əkilməsindən tutmuş çıxarılmasınadək bütün işləri texnikaların köməyi ilə həyata keçirirlər.
Ən çox kartof əkən təsərrüfatlardan biri də "Turqut" MMC-dir. Müəssisə ötən il 100 hektardan məhsuldarlıq 170 sentner olmaqla 1700 ton məhsul götürmüşdür. Ümumiyyətlə, rayonda hər il kartofçuluqda yüksək göstəricilər əldə edən təsərrüfatlar çoxdur. "Tovuz Aqrokompleks" MMC ötən il 92 hektar sahədə kartof yetişdirmiş, hər hektardan 630 sentner olmaqla 5796 ton məhsul toplamışdır. "Azəraqraristehsalat və Emal Birliyi" MMC isə 68 hektardan 3036,60 ton məhsul götürmüşdür. Fiziki şəxs Ədalət Məhərrəmov da yüksək göstəricilərə nal olmuşdur. 30 hektar sahədə kartof yetişdirən fermer məhsuldarlıq 480 sentner olmaqla 1440 ton məhsul əldə etmişdir.
Rayonda ən çox kartof əkən fermerlərdən biri də Bozalqanlı kəndində Kamal Ələkbərovdur. Təxminən hər il 100 hektarda kartof yetişdirən təsərrüfat sahibi hektarda orta hesabla 50 tondan çox məhsul istehsal edir. Mövsüm ərzində 200 nəfəri işlə təmin edən Kamal Ələkbərov əkin sahələrini müasir çiləyici aqreqatlarla təmin edib. Bundan başqa, istehsal etdiyi kartofu saxlamaq üçün təsərrüfatın 3 min tonluq soyuducu anbarı da var.
Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov deyir ki, ölkədə ikinci ən böyük kartof istehsalçısı olan Tovuz rayonunda məhsulun saxlanması üçün də tədbirlər görülür. Ən çox diqqət soyuducu anbarların sayının artırılmasına yönəldilmişdir. Hazırda rayonda 40-a yaxın soyuducu anbar var. Təsərrüfat sahibləri bu anbarların gücündən maksimum istifadə etməyə çalışırlar. Onlar hər il yetişdirdikləri kartofu anbarlara yığaraq qış mövsümündə satışını həyata keçirir, nəticədə daha çox qazanc əldə edirlər.
Onu da qeyd edək ki, cari mövsüm Tovuzda kartof əkininə ötən illərlə müqayisədə bir qədər tez başlanılıb. Bunun səbəbi mövcud su qıtlığı ilə əlaqədardır. Rayonda, əsasən, təbii suvarma mənbələrindən olan Zəyəm çayında yay aylarında suyun azalacağı ehtimalı fermerləri bir qədər tələsməyə məcbur edib.
Ötən illərdən fərqli olaraq builki əkinlərin 90 faizinin kənd təsərrüfatı texnikasının köməyi ilə aparılmsı nəzərdə tutulur. Texnika hesabına məhsulun maya dəyəri aşağı düşür. Hazırda rayonda elə iri təsərrüfatlar var ki, onlar kartofun əkilməsindən tutmuş çıxarılmasınadək bütün işləri texnika ilə həyata keçirirlər.
Ümumiyyətlə, Tovuzda kartofçuluğa maraq çoxdur. Rayon sakinləri iqtisadi cəhətdən gəlirli sahəyə çevrilən bu məhsulun istehsalını ildən-ilə artırmaq üçün var qüvvələrini əsirgəmirlər. Əldə etdikləri gəlir isə onları daha yüksək göstəricilərə nail olmağa həvəsləndirir.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 16 saat əvvəl
-
16 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
19 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
