Ötən il 9 milyard manatlıq səhm və istiqrazlar dövlət qeydiyyatına alınıb
2022-ci ildə Mərkəzi Bank tərəfindən 9 milyard 39.4 milyon manat məbləğində səhm və istiqrazların dövlət qeydiyyatı həyata keçirilmişdir. Eyni zamanda, korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 830 milyon manat olan 33 emissiya prospekti və 1 informasiya memorandumu təsdiq edilmişdir.
Marja xəbər verir ki, bu, Mərkəzi Bankın 2022-ci il üzrə illik hesabatında bildirilir.
Qeyd edilib ki. Hesabat ilində qiymətli kağızlar bazarında ticarət dövriyyəsinin ümumi həcmi 15 mlrd.563 mln. manat təşkil etmişdir. Səhm bazarında 45%, korporativ istiqrazların ilkin bazarında 31% və dövlət istiqrazları bazarında 25% artım qeydə alınmışdır.
Hesabatda vurğulanıb ki, hesabat dövründə Bakı Fond Birjasında aparılmış əməliyyatların həcmi 14 mlrd. 948 mln. manat təşkil etmiş və korporativ istiqrazların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsi üzrə müsbət dinamika davam etmişdir. Belə ki, 2022-ci ildə Bakı Fond Birjasında korporativ qiymətli kağızların ümumi ticarət dövriyyəsi ötən illə müqayisədə 93% artaraq 1 mlrd. 574 mln. manata çatmışdır.
2022-ci ildə dövlət qiymətli kağızları bazarında aparılan əməliyyatların həcmi 8313 mln. manat təşkil etmişdir. Bu dövrdə Mərkəzi Bankın notları ilə Bakı Fond Birjasında 90 hərrac keçirilmiş, notlarla ilkin və təkrar bazar əməliyyatların həcmi 9% artaraq 5 mlrd. 249 mln. manata yüksəlmişdir.
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə Bakı Fond Birjasında 48 hərrac keçirilmişdir. Dövlət istiqrazlarının ilkin bazarının həcmi 61% artaraq 2407 mln. manata, tədavüldə olan dövlət istiqrazlarının həcmi isə 66% artaraq 4 mlrd.161 mln. manata yüksəlmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























