"Kapital Bank"ın biznes kreditləri portfeli 1 milyard manata yaxınlaşır
Bankın istehlak kreditləri portfeli cüzi artıb.30 Mart 2023-cü il tarixində "Kapital Bank" ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3 milyard 225 milyon 7 min manat təşkil edib.
Marja.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ilin sonu ilə müqayisədə "Kapital Bank" kredit portfeli 67 milyon 238 min manat artıb.
O cümlədən, ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk rübündə Bankın istehlak kreditləri portfeli 114 min manat artaraq 1 milyard 833 milyon 220 min manata, biznes kreditləri portfeli 39 milyon 580 min manat artaraq 947 milyon 922 min manata, ipoteka kreditləri portfeli isə 27 milyon 544 min manat artaraq 443 milyon 865 min manata yüksəlib.
30 Mart 2023-cü il tarixində, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat (374 milyon 894 min manat) xaric "Kapital Bank"ın kredit portfeli (xalis portfel) 2 milyard 850 milyon 112 min manat olub.
Həmçinin oxu
İri bank 3 ayda 83,5 milyon manat mənfəət əldə edibMüştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 28 d. əvvəl
-
- 30 d. əvvəl
-
39 d. əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
3 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















