Prezident daha bir nazir təyin etdi
Təxminən 4 ay əvvəl mədəniyyət nazirinin birinci müavini təyin olunmuş Adil Kərimli mədəniyyət naziri oldu.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "A.Q.Kərimlinin Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilməsi haqqında" Sərəncamı imzalayıb.
Marja xəbər verir ki, Sərəncam ilə Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.
Digər bir sərəncam ilə, Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.
XXX
Adil Kərimli 1979-cu ildə Bakı şəhərində anadan olub.
1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistratura pillələrini bitirib.
Əmək fəaliyyətinə 1999-cu ildə hüquq məsləhətçisi olaraq başlayıb. 2001-ci ildən Bakı Dövlət Universitetində müəllim, baş müəllim kimi elmi-pedaqoji fəaliyyətə başlayıb.
2007-ci ildən Avropa Yayımları Birliyinin Hüquq və ictimai işlər Komitəsinin, 2011-ci ildən isə Avropa Yayımları Birliyinin "Eurovision" Mahnı Müsabiqəsi üzrə Məşvərət Qrupunun üzvü olub.
2007-2011-ci illərdə "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Bakı şəhərinin ev sahibliyi etdiyi "Eurovision" Mahnı Müsabiqəsi-2012 İşçi qrupunun rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin olunub.
“Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.
Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə İşçi qrupunun üzvü olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb.
Azərbaycan Avtomobil Federasiyasının İdarə Heyətinin üzvüdür.
2004-2010-cu illər ərzində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olub. 2022-ci ilin 1 iyul tarixindən yenidən Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilib.
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli Sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini təyin olunub.
Hüquq üzrə fəlsəfə doktorudur. Ailəlidir, 3 övladı var.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 58 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib






















