“Aztelekom”da yeni təyinat
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-də korporativ əlaqələr üzrə sektor müdiri vəzifinə təyinat olub.
Marja.az xəbər verir k, bu vəzifəyə təcrübəli PR menecer Səfər Aslanov gətirilib.
Səfər Aslanov bu vəzifəyə təyinatədək “AzInTelekom”un Korporativ Kommunikasiya və İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri vəzifəsində çalışırdı.
Səfər Aslanov 1985-ci ildə anadan olub. O, Azərbaycan Neft və Sənaye Universitetinin, AİR 1 və NİMA (Niderland Markletinq Akademiyası) məzunudur.
Səfər Aslanov Marketinq, İctimaiyyətlə əlaqələr, Reputasiyanın idarə edilməsi və beynəlxalq tədbirlərin təşkili və idarə edilməsində avtomobil, maliyyə, İKT və s. sektorlarda yerli və beynəlxalq brendlərin idarə edilməsi üzrə ümumilikdə 10 ildən artıq təcrübəyə sahibdir.
Həmçinin Aslanov UNEC Magistr tələbələri üçün"Elektron ticarət və Elektron ixracat" kitabının “Elektron ticarətdə etika, Sosial məsuliyyət və Hüquq” bölməsinin və “Bu günün Marketinqi” kitab silsiləsinin həmmüəllifidir.
Qeyd edək ki, "Aztelekom” MMC öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Təsərrüfatına Xidmət Mərkəzini (KTXM) birləşdirir. Azərbaycan Respublikasının Milli rabitə operatoru olan “Aztelekom” MMC fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
4 d. əvvəl
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
- 10 d. əvvəl
-
-
9 saat əvvəl
"Paşa Holding"də Baş icraçı direktorun müavini daha bir vəzifəyə təyin olunub
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında
-
16 saat əvvəl
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
Rəsmi məzənnələr açıqlandı
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox vergi ödəyən əczaçılıq şirkətləri -SİYAHI
Ən çox oxunanlar
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
"NORM" ən çox vergi ödəyən sement istehsalçısıdır
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
PAŞA Bank Biznes tətbiqi yeniləndi



















