Azərbaycanın iri bankından işçilərini həvəsləndirəcək təklif
Azərbaycanın ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) işçilərinin stimullaşdırılması üzrə daha bir layihəni icra etməyə hazırlaşır.
Marja.az xəbər verir ki, Bank maliyyə nəticələrinə görə əməkdaşlarını mükafatlandırmağı nəzərdə tutur.
Belə ki, 30 may 2023-cü il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyinə daxil edilmiş məsələlərdən biri də 2024-2026-cı illərin maliyyə nəticələrinə görə “ABB” ASC-nin əməkdaşlarının mükafatlandırılmasıdır.
Əgər məsələ səhmdarlar tərəfindən təsdiqlənərsə, gələn ildən başlayaraq ABB işçiləri daha həvəslə və məhsuldar işləməlidirlər. Çünki nə qədər çox xalis mənfəət təmin edilsə, daha çox mükafat ala biləcəklər.
Xəbər verdiyimiz kimi, ABB 2022-ci ili 254 milyon 380 min manat xalis mənfəətlə başa vurub. Bank 2021-ci ili 208 milyon 780 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ABB-nin xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 21,8% və ya 45 milyon 600 min manat artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 6 d. əvvəl
-
7 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
35 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
























