Ceyhun Bayramov İranın xarici işlər nazirilə danışdı
Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.Xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığına dair mətbuat məlumatı:
7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər.
Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.
Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 21 saat sonra
-
- 17 saat sonra
-
21 d. əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
29 d. əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 31 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan bankı Niderland bankından 25 milyon dollar kredit cəlb etdi
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ipoteka kreditlərinin 80%-i dövlət hesabına verilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Ən çox oxunanlar
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
"İpoteka istiqrazlarının 80%-i Mərkəzi Bankın əlindədir"
S&P: SOCAR üçün 2025–2027-ci illərdə sabit, lakin təzyiq altında maliyyə dövrü gözlənilir
Bankın İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb
"Bakı Ticarət Mərkəzi"nin nizamnamə kapitalı kəskin azaldıldı


















.jpg)





.jpg)
