Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“MKT İstehsalat Kommersiya” və “Azərşəkər” arasında memorandum imzalanıb

Toxum səpinindən məhsul yığımına qədər olan bütün mərhələlər "Azərşəkər" şirkətinin tərkibində olan "Agrolab" kənd təsərrüfatı laboratoriyasının nəzarəti altında müasir əkinçilik yanaşmaları ilə həyata keçiriləcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“MKT İstehsalat Kommersiya” və “Azərşəkər” arasında memorandum imzalanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®️)“MKT İstehsalat Kommersiya” MMC ilə “Azərşəkər” MMC arasında pambıq əkinlərində müasir yanaşmaların tətbiqi, əkin sahələrində keyfiyyət və məhsuldarlığın artırılması istiqamətində memorandum imzalanıb.

İlkin olaraq, “MKT İK” MMC-nin fəaliyyət gösdərdiyi 15 rayonda 267 fermeri əhatə edəcək yeni layihədə toxum səpinindən məhsul yığımına qədər olan bütün mərhələlər "Azərşəkər" şirkətinin tərkibində olan "Agrolab" kənd təsərrüfatı laboratoriyasının nəzarəti altında müasir əkinçilik yanaşmaları ilə həyata keçiriləcək.

Əməkdaşlığa əsasən, Agrolab tərəfindən fermerlər üçün təlimlər təşkil ediləcək, pambıq bitkisinin becərilmə prosesində kompleks laborator analizlər icra edilərək düzgün aqrotexniki qulluğun yerinə yetirilməsi üçün tövsiyələr veriləcək.

Əlavə olaraq qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

“Agrolab” kənd təsərrüfatı laboratoriyası MDB məkanında tanınmış "Agro Analiz"kənd təsərrüfatı laboratoriyaları şəbəkəsinin dəstəyi və müşayiəti  ilə  “Azərşəkər” şirkətinin tərkibində 2019-ci ildə Yevlax rayonunda yaradılıb. “Agrolab” kənd təsərrüfatı laboratoriyası müasir əkinçilik təsərrüfatlarının yaradılması, düzgün və yeni yanaşmalarla inkişaf etdirilməsi üçün xidmətinizdədir.

MKT İstehsalat Kommersiya Azərşəkər Agrolab pambıq əkinləri Agro Analiz
07.04.2023 16:00
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18