"Gömrük sistemindəki islahatlar sahibkarların fəaliyyətinə müsbət təsir göstərməkdədir"
Abşeron Logistika Mərkəzində proseslər daha da sadələşdirilmiş və sürətlənmişdir. Mərkəzdə bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, idxal-ixrac və tranzit əməliyyatlarında ticarətin asanlaşdırılmasına, yüklərin buraxılış prosedurlarının sadələşdirilməsinə, vaxt məhdudiyyətinin aradan qaldırılmasına, xidmətlərə çəkilən xərclərin ləğvinə gətirib çıxarmışdır.
Abşeron Logistika Mərkəzi (ALM) bildirir ki, son illər Azərbaycan iqtisadiyyatının genişlənmə miqyası region ölkələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Bu inkişaf Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların nəticəsidir. Azərbaycanda həyata keçirilən islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma və tərəqqiyə xidmət edir.
Bu özünü gömrük sahəsində də göstərməkdədir. Gömrük xidmətində infrastrukturun inkişafı və prosedurların sadələşdirilməsinə yönəldilmiş tədbirlər xarici ticarət iştirakçılarının sayının artmasına şərait yaradıb.
Abşeron Logistika Mərkəzindən verilən məlumata görə, gömrük sistemində aparılan yeni islahatlar Mərkəzdə sahibkarlar üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. Bildirilir ki, Mərkəzdə gömrük rejimlərinin effektiv tətbiqində xarici və yerli sahibkarlar üçün yeniliklərin təşkil edilməsi nəticəsində proseslər daha da sadələşdirilmiş və sürətlənmişdir.
Mərkəzdə bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, idxal-ixrac və tranzit əməliyyatlarında ticarətin asanlaşdırılmasına, yüklərin buraxılış prosedurlarının sadələşdirilməsinə, vaxt məhdudiyyətinin aradan qaldırılmasına, xidmətlərə çəkilən xərclərin ləğvinə gətirib çıxarmışdır. Bu da sahibkarların daha asan və rahat əməliyyatlar aparmasına əlverişli imkan yaratmaqla onların fəaliyyətini stimullaşdırmış, həmçinin şəffaf biznes mühitinin formalaşmasında mühüm rol oynamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 d. əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
19 d. əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
-
- 21 d. əvvəl
-
32 d. əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 38 d. əvvəl
-
42 d. əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 44 d. əvvəl
-
48 d. əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
56 d. əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
-
59 d. əvvəl
Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
-
1 saat əvvəl
Azərbaycanın iqtisadiyyat naziri “Trendyol Group”un prezidenti ilə görüşüb
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
Ən çox oxunanlar

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb
