Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Macarıstanın “MOL” şirkətinin Azərbaycanın neft-qaz yataqlarının işlənməsində iştirakının genişləndirilməsi imkanları nəzərdən keçirilib

Macarıstan ilə təbii qazın və “yaşıl enerji”nin tədarükü üzrə müzakirələr aparılıb
AzVak-mobil_resmin_ustu_31
Macarıstanın “MOL” şirkətinin Azərbaycanın neft-qaz yataqlarının işlənməsində iştirakının genişləndirilməsi imkanları nəzərdən keçirilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Energetika naziri Pərviz Şahbazov Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin 3-cü iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə TDT formatında əməkdaşlığa, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş və təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumunun icrasına dair məsələlər müzakirə edilib.

Reklam_3_11

Macarıstana qaz təchizatının ilin sonuna kimi başlanacağı bildirilib. Həmçinin Xəzər dənizində “yaşıl enerji”nin istehsalını, bu enerjinin ötürülməsi üçün müxtəlif xətlərin, Qara dənizin dibi ilə kabelin çəkilməsini, bazarlara çatdırılmasını əhatə edən “yaşıl enerji” dəhlizi layihəsinin reallaşdırılması istiqamətində zəruri tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. 

Söhbət zamanı “MOL” şirkətinin Azərbaycanın neft-qaz yataqlarının işlənməsində iştirakının genişləndirilməsi imkanları da nəzərdən keçirilib.

31.03.2023 09:06
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19